Aqrar sahədə qazanılan uğurların təməlində aparılmış məqsədyönlü islahatlar dayanır
14 Avqust 2019 16:40 İqtisadiyyat2003-cü ildə Azərbaycan Prezidenti seçilən və Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə qəbul olunan dörd dövlət proqramlarının operativ, icra edilməsində isə muxtar respublikamız bir nümunə kimi göstərilə bilər. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan və uğurla başa çatan "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)", "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"diyarımızda iqtisadiyyatın gücləndirilməsinə öz töhfəsini vermişdir.
Keçmişə nəzər saldıqda məlum olur ki, Naxçıvan Muxtar Respublikası tarixən aqrar region kimi formalaşmışdır. Aparılan tədqiqatlar göstərir ki, 90-cı ilin ortalarında muxtar respublikanın 4-5 növ məhsula olan tələbatının çox az bir hissəsi yerli istehsal hesabına ödənilirdi. Sonrakı illərdə aparılan iqtisadi islahatların nəticəsidir ki, 2018-ci ilin yekunlarına görə muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı iqtisadiyyatında bitkiçilik sahəsi əsas yer tutur. Ona görə də yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilməklə bitkiçilik məhsullarının əkin sahələri genişləndirilir. Bunu aşağıdakı cədvəldən aydın görmək olar.
Naxçıvan MR-da əsas növ bitkiçilik məhsullarının əkin sahəsi, hektarla
|
1995 |
2000 |
2005 |
2010 |
2015 |
2018 |
|
|
Dənlilər və dənli paxlalılar |
20715 |
15274 |
26764 |
36734 |
39435 |
32483 |
|
Kartof |
200 |
1451 |
1990 |
2741 |
2967 |
3215 |
|
Tərəvəz |
212 |
4863 |
5686 |
6005 |
6131 |
6183 |
|
Bostan bitkiləri |
128 |
2465 |
2844 |
2819 |
2753 |
2776 |
|
Bağlar və giləmeyvəliklər |
1103 |
2243 |
2746 |
3955 |
4654 |
5000 |
|
Üzüm bağları |
5348 |
1519 |
923 |
1031 |
1156 |
1402 |
Cədvəlin təhlilindən məlum olur ki, muxtar respublikada 1995-2018-ci illərdə demək olar ki, bütün bitkiçilik məhsullarının əkin sahəsi genişləndirilmişdir. Belə ki, dənlilər və dənli paxlalıların əkin sahəsi 1995-ci ilə nisbətən 2018-ci ildə 11768 hektar, kartof əkin sahəsi müvafiq olaraq 3015 hektar, tərəvəz əkin sahəsi 5971 hektar, bostan bitkiləri 2648 hektar, bağlar və giləmeyvəliklər 3897 hektar, üzüm bağlarının əkin sahəsi isə 3946 hektar genişləndirilmişdir.
Aparılan təhlillər göstərir ki, 1996-cı ildə ölkəmizdə makroiqtisadi sabitlik əldə edildikdən sonra kənd təsərrüfatı məhsulları istehsalı da artan templə inkişaf etmişdir.
Naxçıvan MR-da əsas növ bitkiçilik məhsullarının istehsalı, ton
|
1995 |
2000 |
2005 |
2010 |
2015 |
2018 |
|
|
Dənlilər və dənli paxlalılar |
23600 |
54428 |
103567 |
105045 |
117352 |
114936 |
|
Kartof |
0,4 |
13454 |
26318 |
37901 |
45043 |
49574 |
|
Tərəvəz |
1,3 |
42723 |
56414 |
64782 |
82016 |
85642 |
|
Bostan məhsulları |
0,4 |
33568 |
39841 |
40024 |
38003 |
38714 |
|
Üzüm |
187752 |
14026 |
13461 |
13912 |
15354 |
16222 |
|
Meyvə və giləmeyvə |
0,2 |
28444 |
36432 |
38225 |
51111 |
55949 |
Bitkiçilik məhsullarının artırılmasında məhsuldarlığın artırılması da mühüm rol oynayır. Aşağıdakı cədvəl məlumatlarına nəzər salaq.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, sent./ha
|
1995 |
2000 |
2005 |
2010 |
2015 |
2018 |
|
|
Dənli və dənli paxlalı bitkilər |
11,4 |
35,6 |
38,7 |
28,6 |
29,8 |
32,1 |
|
Kartof |
20,0 |
93 |
132 |
138 |
147 |
154,2 |
|
Tərəvəz |
61,5 |
88 |
99 |
104 |
126 |
138,5 |
|
Bostan məhsulları |
31,6 |
136 |
140 |
142 |
138 |
139,5 |
|
Meyvə və giləmeyvə |
2,8 |
141,6 |
150,3 |
131,9 |
127,3 |
134,2 |
|
Üzüm |
35,1 |
92,7 |
146,9 |
141,2 |
137,9 |
140,9 |
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumatlardan aydın olur ki, muxtar respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksələn xətlə inkişaf etmişdir. Belə ki, muxtar respublikada dənli və dənli paxlalı bitkilər üzrə məhsuldarlıq 1995-c- ildəki 11,4 sent/ha-dan 2018-ci ildə 32,1 sent/ha-ya qalxmış və ya 20,7 sent/ha artmışdır. Eynilə kartofun məhsuldarlığı son 24 ildə 134,2 sent/ha, tərəvəzin məhsuldarlığı 77 sent/ha, bostan bitkilərinin məhsuldarlığı 107,9 sent/ha, meyvə və giləmeyvələrin məhsuldarlığı 131,4 sent/ha, üzümün məhsuldarlığı isə 105, 8 sent/ha artmışdır.
Taxıl istehsalının artırılması ölkə iqtisadiyyatını möhkəmləndirir və ərzaq təhlükəsizliyini təmin edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında taxıl istehsalının inkişafı istiqamətində önəmli işlər həyata keçirilir.
Statistik məlumatlardan aydın olur ki, 2006-cı ildə muxtar respublikamızda 26554 hektar dənli və dənli-paxlalı (qarğıdalı ilə birlikdə) bitkilərin əkin sahəsindən 94170,4 ton taxıl yığılmış, hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner olmuşdur.
Ümumiyyətlə, 2006-cı ildə adambaşına taxıl istehsalı 250 kiloqram olmuşdur ki, bu da muxtar respublika əhalisinin taxıl məhsulları üzrə ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir. Sonrakı illərdə də muxtar respublikada dənlilər və dənli paxlalılar üzrə bitkiçilik məhsullarının əkin sahələri daha da genişləndirilmiş və istehsal olunan məhsulun həcmi artmışdır. Belə ki, 2018-ci ildə muxtar respublikada 32483 hektar əkin sahəsindən 114936 ton məhsul istehsal edilmişdir. Bu rəqəm 1995-ci illə müqayisədə 4,9 dəfə və ya 91336 ton çoxdur.
Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişaf etdirilməsində taxıl ehtiyatı anbarlarının tikilib istifadəyə verilməsinin də böyük rolu vardır. Belə ki, 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli anbarların tikilib istifadəyə verilməsi Naxçıvanda taxıl ehtiyatının yaradılmasına öz töhfəsini vermişdir.
Muxtar respublikada iqlim şəraiti və torpaq xüsusiyyətləri, həmçinin daxili tələbat nəzərə alınmaqla kartofçuluğun inkişafına xüsusi yer verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrası uğurla başa çatmış "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)" torpaqlardan səmərəli istifadə, ilkin mərhələdə investisiyaların təşviqi, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsini qarşıya qoymuşdur. Kartofçuluğun inkişafı üçün təbii şərait nəzərə alınaraq Şərur, Ordubad, Culfa, Babək, Şahbuz və Kəngərli rayonlarında sahibkarlara güzəştli kreditlər ayrılmış və avadanlıqlar verilmişdir. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsi olaraq 2006-cı ildə 2461 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2005-ci illə müqayisədə 23,7 faiz və ya 471 hektar çoxdur.
Kartof əkin sahəsinin 23,7 faiz və məhsuldarlığın isə 3,0 faiz artması hesabına 2006-cı ildə 33,5 min ton kartof istehsal edilmişdir ki, bu da 2005-ci ilə nisbətən 7,2 min ton çox kartof deməkdir. 2006-cı ildə Naxçıvan MR-da adambaşına kartof istehsalı 89 kiloqram təşkil etmişdir. Bu isə o deməkdir ki, muxtar respublika kartof üzrə də artıq özünün ərzaq təhlükəsizliyini təmin etmişdir.
Nəticə etibarilə son 24 il ərzində kartof əkin sahələri 1995-ci ildəki 200 hektardan 2019-cu ildə 3300 hektarı ötüb keçmişdir. 1995-ci ildə muxtar respublikada cəmi 400 ton kartof istehsal olunmuşdusa bu rəqəm 2018-ci ildə 49574 tona çatdırılmış və ya kartof istehsalı 49174 ton artmışdır. Adambaşına düşən kartof 109 kiloqrama çatmışdır ki, bu da muxtar respublikanın kartof üzrə ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir.
Naxçıvan MR-da üzümçülük 3500 ildən çox tarixə malikdir. Zaqafqaziyada, xüsusilə Naxçıvanda kişmişin hələ eramızdan əvvəl XII əsrdə hazırlanmasını təsdiq edən sənədlər vardır.
Muxtar diyarımızda üzüm əkinləri 1981-ci ilə qədər genişləndirilərək 18 min hektara çatdırılmış, 1984-cü ildə isə 150 min ton üzüm istehsal olunmuşdur. İstehsal olunan üzümün 80 faizindən çoxu şərab istehsalına, 14,6 faizi təzə halda istehlaka, 5-6 faizi isə qurudulmaya göndərilmişdir.
1985-ci ilə qədər yüksələn xətlə inkişaf edən Azərbaycan üzümçülüyünün şöhrəti indi tarixə çevrilmişdir.
Keçən əsrin 80-ci illərinin ortalarında muxtar respublikada 14 şərab emalı zavodu fəaliyyət göstərirdi. Şərab zavodlarını üzümlə təchiz etmək məqsədilə burada 30 ixtisaslaşdırılmış üzümçülük sovxozu yaradılmışdır.
Hər il demək olar ki, muxtar respublikadan ümumittifaq fonduna 1000 ton, o cümlədən respublika fonduna isə 500 ton süfrə üzümü göndərilirdi. Bundan əlavə 1981-1985-ci illərdə muxtar respublikadan Rusiyanın müxtəlif regionlarına 40 milyon 395 min dekalitrdən çox şərab məhsulları ixrac edilmişdir.
Statistik məlumatların təhlili göstərir ki, 2005-ci ildə muxtar respublikada 923 hektar üzüm bağı olmuş və 2005-ci ildə bu sahələrdən 135 min ton məhsul toplanmışdır. Sonrakı illərdə üzüm sahələri getdikcə artırılaraq 2018-ci ildə 1401,6 hektara çatdırılmış və bu sahələrdən 16222 ton üzüm məhsulu yığılmışdır.
Muxtar respublikada son vaxtlar dövlətin dəstəyi ilə yaradılmış "Babək Şərab-2", "Yeddilər" Aqrar Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti, "Gəmiqaya Meyvə Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətində şərab istehsalı sexinin tikilib istifadəyə verilməsi və sair gələcəkdə əhalinin şəraba olan tələbatının yerli məhsullar hesabına ödənilməsinə gətirib çıxaracaqdır.
"Gəmiqaya Meyvə Məhsulları Kompleksi" nəzdində şərab istehsalı sexinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qeyd etmişdir ki, "İl ərzində 54 min dekalitr ağ və qırmızı üzüm şərabı istehsalı gücündə olan bu müəssisə muxtar respublikamızda üzümçülüyün inkişafında mühüm əhəmiyyətə malik olacaqdır, eyni zamanda fərqli təsərrüfatlarda üzüm bağlarının genişlənməsinə şərait yaradacaqdır".
Bitkiçilik məhsulları istehsalını artırmaq üçün kənd təsərrüfatında maddi-texniki bazanın yaradılmasına xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə aqrar sektorda texniki xidməti həyata keçirən təsərrüfat subyektləri şəbəkəsinin yaradılması işi ölkəmizdə olduğu kimi muxtar respublikamızda da uğurla davam etdirilmişdir. "Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2005-ci il 28 yanvar tarixli sərəncamı ilə yaradılmış "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ona məxsus olan kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya müddətli ödənişlə satılması sahəsində səmərəli fəaliyyət göstərmiş, onun rayon bazaları yaradılmışdır.
2006-cı ildə 77 adda kənd təsərrüfatı texnikası, o cümlədən 10 ədəd kombayn, 20 ədəd traktor, 14 ədəd kotan, 10 ədəd taxılsəpən, 10 ədəd rotorlu otbiçən, 3 ədəd çalaqazan, 5 ədəd kübrəsəpən, 5 ədəd hamarlayıcı muxtar respublikaya gətirilərək lizinq yolu ilə mülkiyyətçilərin istifadəsinə verilmişdir. Bu işlərin davamı olaraq 1 yanvar 2008-ci il tarixə qədər "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 234 ədəd yeni kənd təsərrüfatı texnikası muxtar respublikaya gətirilmişdir.
Ümumiyyətlə məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 321-i 2018-ci ildə olmaqla, cəmi 2375 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ildə 238 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Muxtar respublikamızda bitkiçiliklə yanaşı heyvandarlığın inkişafı sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Ümumiyyətlə, kənd təsərrüfatının ikinci bir əsas sahəsini təşkil edən heyvandarlıq sahəsi əhalini ət, süd, yumurta, yağ və s. həyati əhəmiyyət kəsb edən məhsullarla təmin etməkdən başqa, yeyinti və yüngül sənayeni qiymətli xammalla təmin etmişdir.
Naxçıvan MR-da heyvandarlığın yem bazasının möhkəmləndirilməsi və görülən digər tədbirlər nəticəsində mal-qaranın sayı ildən-ilə artır Bunu aşağıda verilən cədvəl məlumatları daha aydın göstərir:
Naxçıvan MR-da mal-qaranın sayı (yanvarın 1-nə, min baş)
|
Göstərici |
1995 |
2007 |
2014 |
2018 |
|
İri buynuzlu malqara (min baş) |
55500 |
99,2 |
107632 |
113916 |
|
Qoyun və keçilər (min baş) |
278700 |
599300 |
646344 |
692530 |
Cədvəl məlumatlarının təhlili göstərir ki, 1995-2018 illəri əhatə edən 23 il ərzində iri buynuzlu mal-qaranın sayı 55500 başdan 113916 başa çatmaqla qoyun və keçilərin sayı isə 278700 başdan 692530 başa çataraq son 24 il ərzində 413830 baş artmışdır.
Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasında heyvanların sayının sürətli artımı heyvandarlıq məhsullarının da artmasına gətirib çıxarmışdır. Bunu aşağıda tərtib olunan cədvəldən daha aydın görmək olar.
Naxçıvan Muxtar Respublikasında 1995-2018 illərdə
heyvandarlıq məhsullarının istehsalı, ton
|
Göstərici |
1995 |
2007 |
2014 |
2018 |
|
Ət (diri çəkidə), ton |
5589,0 |
16088,5 |
19882,3 |
27615,3 |
|
Süd, ton |
34938,0 |
70254,2 |
78929,4 |
83967,1 |
Cədvəl məlumatlarının təhlil göstərir ki, muxtar respublikada son 24 ildə heyvandarlıq məhsulları istehsalında çox böyük dəyişikliklər baş vermişdir. Belə ki, əgər 1995-ci ildə cəmi 5589 ton ət istehsal edilmişdisə sonrakı dövrlərdə aqrar sektorda aparılan məqsədyönlü siyasət nəticəsində 2018-ci ildə ət istehsalı artaraq 27615,3 tona çatmış və ya 5 dəfədən çox artmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilən yubileydəki çıxışında demişdir: "İndi deyəndə ki, ət, süd, yağ, pendir artıqlamasilə istehsal olunur, başına qalıb, satmağa imkan yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir, mən buna nə qədər sevinirəm. Nə qədər sevinirəm ki, o vaxt biz özəlləşdirməni Azərbaycanın hər yerindən tez başladıq və Naxçıvan bu işlərə hamıdan qabaq nail oldu. Muxtar respublikanın o qara günləri qurtardı".
Nazim Əhmədov
iqtisad elmləri doktoru, profesor