Kiyev üçün qorxunc statistika: Ölkədə cəmi 29 milyon insan qaldı, tərk edənlər qayıtmır
14:43 DünyaMüstəqillik illərindən bu günədək Ukrayna əhalisinin 45 faizini itirib və hazırda Kiyevin nəzarəti altında olan ərazilərdə cəmi 29 milyona yaxın insan yaşayır.
Musavat.com xəbər verir ki, "Azadlıq Radiosu"nun (RFE) dərc etdiyi statistik göstəricilərə görə, 1991-ci ildə 52 milyon olan ölkə əhalisi müharibə, miqrasiya və təbii azalma səbəbindən kəskin şəkildə azalıb.
Hazırda 7 milyona yaxın ukraynalı xaricdə yaşayır və geri qayıtmağı planlaşdıranların nisbəti ilk dəfə 50 faizdən aşağı düşüb. Ölkə uzunmüddətli emiqrasiya nəticəsində hər ay təxminən 100-150 min nəfər itirir. Təkcə 2025-ci ildə Ukraynanı tərk edənlərin sayı qayıdanlardan 303 min nəfər çox olub.
Əhalinin təbii artım göstəriciləri də fəlakətli həddədir; doğum səviyyəsi hər qadına rekord göstərici olan 0,9 uşağa qədər geriləyib, ölüm göstəricisi isə doğumu təxminən üç dəfə üstələyir. BMT-nin analitik proqnozlarına əsasən, mövcud neqativ tendensiya dəyişməzsə, 2100-cü ilə qədər Ukrayna əhalisi 15,3 milyon nəfərə qədər azala bilər.