Tramp İranı “ağ bayraq” qaldırmağa çağırdı
16:37 Siyasətİran təslim olduğunu bildirən "ağ bayraq" qaldırmalıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"un beynəlxalq müxbiri Trey Yinqstlə telefon söhbətində bildirib.
Jurnalist müsahibədə Ağ Evin rəhbərinin İran və Oman arasında gedən dialoqla bağlı fikirlərini öyrənməyə çalışıb.
Trampın cavabı olduqca sərt olub. O, Vaşinqtonun maneə kimi qiymətləndirəcəyi hər hansı addımın atılması halında sultanlığa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələyib.
Həmin söhbət zamanı Tramp İran məsələsinə də toxunaraq Tehranın "ağ kapitulasiya bayrağını qaldırmalı olduğunu" bildirib. Bununla yanaşı, prezident İran üçün heç bir zaman çərçivəsi müəyyənləşdirmədiyini və bu məsələdə tələsmədiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31