"Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi

Bilindiyi kimi "Turan Tovuz" və "Fənərbağça" komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Görüşün tarixi və keçiriləcəyi məkan barədə klub rəsmisi Nəsimi Paşayev Offsideplus.az-ın sorğusunu cavablandırıb. 

"Müzakirələr arasında Gəncə və bir neçə şəhər stadionları var idi. Artıq qərar verilib. Görüş Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirikəcək".

Paşayev görüşün vaxtının da bəlli olduğunu bildirib:

"Hansısa problem çıxmasa, işlər yolunda getsə, oktyabrın 3-ü keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31