Gələn ildən pensiyalar hansı qaydada hesablanacaq?

Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqıya nisbətən daha yüksək faizlə artıdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir: "Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn ildə orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır. Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatınlığın artırırlması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarınnı az olmadığını nəzərə alsaq pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik".

Gələn il yanvarın 1-dən həm də qüvvəyə minəcək yeni vergi qanunvericiliyi ölkə həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevriləcək. Məlumat üçün qeyd edək ki,  vergi islahatlarının bütün istiqamətləri vergi münasibətlərinin tənzimlənməsinin hüquqi əsasını qoyan Vergi Məcəlləsində öz əksini tapıb. Belə ki, Məcəllədə ölkəmizdə tətbiq edilən vergilərin dəqiq siyahısı müəyyən edilib, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri təsbit olunub, vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının əsasları və icrasının qaydaları müəyyənləşdirilib. Vergi islahatlarının tərkib hissəsi olaraq "2018-2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı" qəbul edilib. Proqramda vergi dəyişiklikləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Vüqar Bayramov bildirib ki, yenilikdə ən aktual məsələ təbii ki, sadələşdirilmiş vergi sisteminin ləğv edilib-edilməməsi ilə bağlıdır. Proqrama əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur. Belə ki, sənədə görə Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçirəcək və müxtəlif sektorlar və ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differnsial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq. Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur. Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar: "Doğrudur, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək. Əgər bu baş verərsə o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Deməli, müəyyən müddətdən sonra bütün sadələşdirilmiş vergi ödəyiciləri differensial ƏDV ödəyicilərinə çevrilə bilərlər. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcədə dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz, differensial ƏDV ödəmək təklif oluna bilər. Əslində biz təklif edirik ki, transformasiya bu meyarla həyata keçirilsin. Burada məqsəd isə sahibkarın vergi yükünü kəskin artırmadan vergi uçotunun təkmilləşdirilməsi və nağdsız ödənişlərn genişləndirilməsi ola bilər".

Onun bildirdiyinə görə, proqramda Azərbaycanın ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aid olduğu bildirilir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilməsi təklif olunur. Bu isə o deməkdir ki, sektorlardan və dövriyyədən asılı olaraq differensial ƏDV-nin tətbiqi mümkündür və bu zaman prioritet və həssas sahələrdə daha aşağı fazli vergi tətbiq olunacaq: "Qeyd edim ki, uzun illərdir differensial ƏDV-nin tətbiq edilməsini təklif etsək də bu istiqamətdə hələlik real addımlar atılmayıb. Məsələn, tədqiqatla məşğul alan sahibkarlıq subyekti "0" faizli ƏDV-ə, prioritet sektorlarda o cümlədən turizmdə fəaliyyət göstərən müəssisələr 18 deyil, 10 faizlə ƏDV-ə cəlb oluna bilər. Uzun müddət müzakirələrə səbəb olan nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, mövcud qaydalara əsasən, ay ərzində sadələşdirilmiş vergi ödəyəiləri 15 min, dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyiciləri 30 min manat nağdlaşdıra bilərlər. Mövcud qaydalar xüsusən ƏDV ödəyicilərinin fəaliyyətlərini məhdudlaşdırır". Ekspert qeyd edib ki, proqram optimal vergi yükünün tətbiqini də nəzərdə tutur. Bu isə o deməkdir ki, bəzi vergi dərəcələrinə yenidən baxılıb azaldıla bilər. Sənəddə qeyd olunur ki, vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaq: "Sənədə əsasən, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcək. Bu isə o deməkdir ki, elektron audit sisteminin tətbiqin imkanlarının genişləndirilməsi həyata keçirilə bilər.Vergi systemi ilə bağlı digər fəaliyyət "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsidir. Sənədə əsasən, bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Bu isə o deməkdir ki, kiçik və orta müəssisələr sözügedən sistemə mərhələli şəkildə keçəcək və onlar üçün ayrıca miqrasiya tədbirləri reallaşacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31