Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclası keçirilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub.
10 Dekabr 2018 13:38 İqtisadiyyatİqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub.
Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Taş Maydan Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Azərbaycan nümayəndə heyəti həmçinin, yazıçı Milorad Pavicin və 1999-cu ildə Belqradın bombalanması zamanı öldürülən uşaqların xatirəsinə ucaldılmış abidələrini də ziyarət edib. Sonra Serbiya Palatasında Hökumətlərarası Komissiyanın həmsədrlərinin - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin, Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri üzvlərinin və Serbiya şirkətlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib. Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investiya mühiti barədə məlumat verilib, Azərbaycan və Serbiya işgüzar dairələri arasında əlaqələrin inkişafına, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmin gün Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Azərbaycan tərəfindən İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxil idi. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.