Qeyri-neft sektorunda məhsul istehsalı artdı
26 Fevral 2017 10:13 İqtisadiyyatBu ilin yanvar ayında ölkə sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı 13 faiz artıb, neft sektorunda isə 1 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilir ki, istehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında 2017-ci il fevralın 1-i vəziyyətinə 565 milyon manatlıq hazır məhsul olub. Azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31