Ekspert: "“Cənub Qaz Dəhlizi” Azərbaycanın regional mövqeyini gücləndirəcək"

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Azərbaycanın regional mövqeyini gücləndirməyə imkan verəcək. Bunu "Mediterranean Energy Political Risk Consultancy"nin siyasi risklər və enerji məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" kimi yeni marşrutların yaradılmasa, Avropa İttifaqının enerji təhlükəsizliyi siyasəti uğursuzluğa düçar olacaq.

Ekspert qeyd edib ki, Azərbaycandan qaz tədarükü Avropa İttifaqının enerji təhlükəsizliyinin güclənməsinə yol açacaq: "Azərbaycanın bu layihədəki mövqeyi böyük əhəmiyyət daşıyır və Azərbaycanın daimi dəstəyi olmadan layihənin reallaşması qeyri-mümkün görünür". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31