Azərbaycanın İran vilayətləri ilə əlaqələri genişlənir
Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. İqtisadiyyat Nazirli, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü nazir Şahin Mustafayev Ərdəbildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşüb. Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrə böyük önəm verir. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb.
24 Fevral 2017 17:00 İqtisadiyyatAzərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. İqtisadiyyat Nazirli, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdyindən "Olaylar"a verilən məlumata görə, səfərin ilk günü nazir Şahin Mustafayev Ərdəbildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşüb. Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrə böyük önəm verir. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb. Dövlət başçılarının siyasi iradəsi, səmimi dostluq münasibətləri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb. Şahin Mustafayev 2016-cı ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 70 faizə yaxın artdığını, viza rejiminin sadələşdirilməsi istiqamətində işlərin görüldüyünü, iş adamlarının iştirakı ilə 15 tədbirin keçirildiyini diqqətə çatdırıb. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması və tranzit xərclərinin 160 ABŞ dollarından 100 ABŞ dollarınadək endirilməsi barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.