“Made in Azerbaijan” brendi xarici bazarlarda

Ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində prezident İlham Əliyev tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib. İdxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu nəzərə alsaq belə bir tapşırığın təsadüfi olmadağı anlamına gəlmək olar. Heç şübhəsiz ki, burada məqsəd Azərbaycanın brend məhsullarının xarici bazara çıxarılması və ölkəyə valyuta axınının təmin edilməsidir.

İdxaldan asılılığın azaldılması prosesi sürətləndirilir
 

Ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində prezident İlham Əliyev tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib. İdxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu nəzərə alsaq belə bir tapşırığın təsadüfi olmadağı anlamına gəlmək olar. Heç şübhəsiz ki, burada məqsəd Azərbaycanın brend məhsullarının xarici bazara çıxarılması və ölkəyə valyuta axınının təmin edilməsidir. Artıq dövlət başçısının tapşırığının icrası istiqamətində müvafiq addımların atılmasına start verilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tapşırığın icrası məqsədilə ixrac imkanlarının genişləndirilməsi üçün qısa müddətdə araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi barədə nazirliyin struktur bölmələrinə göstərişlər verilib. Artıq 54 məhsul (emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları) üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib. Hazırda da dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında" fərmanının icrası uğurla davam etdirilir. Artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola salınıb. "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə AZROMO-nun təşkilatçığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaqdır. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. Paralel olaraq rəhbərlik tərəfindən Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi üçün qısa müddətdə tədbirlərin görülməsi barədə tapşırıq verilib. Məlumatda o da bildirilir ki, bu il həmçinin, ekologiya sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya tamamilə yenidənqurulması işləri davam etdiriləcək, modul tipli məktəblər inşa olunacaq. Dövlət İnvestisiya Proqramında da bu məsələnin həlli üçün müvafiq vəsait nəzərdə tutulub. Bu modul tipli məktəblər Nefçala Sənaye Zonasında hazırlanacaq.Məlum olduğu kimi əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq. Nazirlikdən bildirilib ki, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, o cümlədən müvafiq dəstək tədbirləri ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların sayının, ixrac məhsullarının çeşidinin və həcminin artmasına, həmçinin xarici bazarlarda Azərbaycan mənşəli məhsulların, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişlənməsinə öz töhfəsini verəcək. 

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31