Nazir müavini: "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir"
"Növbəti illərdə Gürcüstanın enerji sektorunun inkişafı üçün əsas amil "Şahdəniz-2" layihəsinin istismara verilməsi və qaz anbarının tikintisi olacaq". Bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.
1 Fevral 2017 13:33 İqtisadiyyat"Növbəti illərdə Gürcüstanın enerji sektorunun inkişafı üçün əsas amil "Şahdəniz-2" layihəsinin istismara verilməsi və qaz anbarının tikintisi olacaq". Bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.
"Tələbatın artması ilə əlaqədar infrastrukturun inkişafı üçün bizim 10 illik planımız var. yeni qaz anbarının tikintisi zəruridir. Bunun hesabına biz gündəlik və mövsümi disbalansı aradan qaldıra bilərik. "Şahdəniz" konsorsiumu çərçivəsində imzalanan sazişə əsasən biz istehlak edə bilmədiyimiz qazı itirəcəyik. Eyni zamanda bizim təkrar ixrac imkanımız da yoxdur. Yay mövsümündə qaza olan tələbat azalır və biz bu qazı anbarda saxlaya bilərik. Bu infrastruktur 100% dispetçerizasiya tədbirləri ilə əhatə olunur. "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir. Layihə üzrə işlərin plana və qrafikə uyğun şəkildə aparılması bizi sevindirir. Bildiyimiz kimi, Dünya Bankı SOCAR-a 400 mln. dollar ayırıb və bu vəsait TANAP layihəsinə yönələcək. TANAP layihəsinin Gürcüstandan keçən hissəsində işlərin böyük hissəsi başa çatıb və biz əminliklə deyə bilərik ki, gecikmə olmayacaq. Hesab edirəm ki, 2020-ci ildən etibarən "Şahdəniz-2" layihəsindən əlavə həcmdə qazın alışına ümid etmək olar", - deyə nazir müavini bildirib. Apa.az