Amerika dollarının dəyərinin aşağı düşəcəyi qaçılmazdır

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının dəyərinin kəskin şəkildə artımı qeydə alındı. Vəziyyət o həddə çatdı ki, Anerika dollarında baş verən sıçrayış bir sıra ölkələrin milli valyutalarının dəyərini kəskin şəkildə aşağı saldı.

Yeni Ağ Ev rəhbəri də ABŞ dollarının dünya valyutaları üzrə hazırki kursunun heç də səmərəli xarakter daşımadığı fikrindədir

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının dəyərinin kəskin şəkildə artımı qeydə alındı. Vəziyyət o həddə çatdı ki, Anerika dollarında baş verən sıçrayış bir sıra ölkələrin milli valyutalarının dəyərini kəskin şəkildə aşağı saldı. Xüsusilə, bu mənfi tendensiya keçmiş ittifaq respublikalarında daha çox özünü büruzə verdi. Rusiya, Qazaxıstan, eləcə də Azərbaycanın maliyyə bazarında yaşanan xoşagəlməz situasiya kəskin devalvasiyalarla yadda qaldı. Həmin ərəfədə FED-in uçot dərəvcəsini iclasları zamanı iki dəfə qaldırması da Amerika dollarının digər ölkələrin milli valyutalarını kəskin dərəcədə üstələməsi, maliyyə problemlərinin meydana gəlməsinə gətirib çıxardı. Amma hazırkı vəziyyətdə müşahidə edilən mənzərə ondan ibarətdir ki, son günlərə qədərə əksər ölkələrin milli valyutalarını dəyərinə görə arxada qoyan Amerika dollarının indiki səviyyədə qalacağı cərəyan edən proseslər fonunda mümkün görünmür. Belə ki, Birləşmiş Ştatların sayca 45-ci prezidenti Donald Trampın Amerika dolları ilə bağlı verdiyi bədbin proqnoz belə deməyə əsas verir. Yeni Ağ Ev rəhbəri Amerika dollarının bu qədər möhkəmlənməsinin ölkəsi üçün heç də uğurlu olmadığı qənaətindədir. Bu arada Federal Ehtiyyatlar Sistem (FED)-in yaxın aylarda gözlənilən növbəti toplantısında uçot dərəcəsinin qaldırılmayacağı barədə yayılan xəbərlər də Amerika dollarının dəyərinin yaxın vaxtlarda bir qədər aşağı düşəcəsyindən xəbər verir.

Cərəyan edən hadisələri şərh edən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, dünyada indi də deyəsən, yeni müharibə - valyutalar müharibəsi yetişir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Amerika dollarının getdikcə möhkəmlənməsinin ölkə iqtisadiyyatı üçün xeyir gətirmədiyini hələ prezident seçilməmişdən öncə də söyləmişdi: "Yəni, seçki kampaniyası zamanı. Budur, Ağ Ev administrasiyasına yaxın olan mənbələr xəbər verirlər ki, Donald Tramp öz fikrində qətidir. Yəni ki, 45-ci Prezident Birləşmiş Ştatlar dollarının dünya valyutaları üzrə hazırki kursunun heç də səmərəli xarakter daşımadığı fikrindədir. Və bu xüsusda, Birləşmiş Ştatlar-Almaniya münasibətlərinin hazırki və yaxın perespektivdə gözlənilən vəziyyəti daha çox diqqəti cəlb etməkdədir. Belə ki, alman kansler Angela Merkel hələki yeni Ağ Ev administrasiyasına qarşı çox arxayın danışır və çəkinmədən hətta tənqidi fikirlər də söyləyir. Halbuki, "heç kimə" sirr deyil ki, Avropa Birliyinin vahid valyutası olan avronun dollara görə hazırki kurs səviyyəsi əslində, ən çox elə məhz Almaniya iqtisadiyyatı üçün yarıyır. Başqa sözlə desək, həm ayrılıqda götürdükdə Almaniya ilə Birləşmiş Ştatlar arasında, həm də sonuncu ilə Avropa İttifaqı arasında istər qarşılıqlı ticarət münasibətlərində, istərsə də iqtisadi rəqabətdə məhz, bilavasitə sırf alman iqtisadiyyatının xeyrinə işləyir. Dondal Tramp da bir biznesmen olaraq, çox gözəl

başa düşür ki, Angela Merkel həmçinin buna görə, "qazlı-qazlı" danışır. Odur ki, yaxın müddətdə çox maraqlı hadisələr və qarşılıqlı "gedişlər" gözlənilir. Sual oluna bilər ki, əgər, bilavasitə dolların möhkəmliyinin zərərindən danışırıqsa nəyə görə qarşılıqlı sözünü işlətdik ?!. Məsələ bundadır ki, Birləşmiş Ştatların yeni prezidednti Donald Tramp Amerika valyutasının dəyərini aşağı salmaq istiqamətində hər hansı bir təşəbbüsdə bulunarsa, təbii ki, Avropa İttifaqı, Almaniya da öz yerində dayanıb durmayacaq. Hələ biz, Asiyada Çini demirik". Pərviz Heydərovun sözlərinə görə, rəsmi Pekin yuanın dəyərini bacardıqca aşağı salmağa çalışır ki, ixracda öz rəqabətqabiliyyətliliyini qoruyub saxlsya bilsin: "Yaponiya isə, yen ABŞ dollarına münasibətdə möhkəmlənməyə başladısa, ümumiyyətlə, "batdı". İqtisadçı bildirib ki, ancaq, Ağ Ev dolların möhkəmlənməsi qarşısını necə və hansı yolla alacaq, bu məsələ də tam aydın deyil. Çünki Federal Ehtiyat Sistemi (FES) rəhbərliyi indiyədək tutduğu mövqedən geri çəkilmək niyyətində deyil: "Donald Tramp isə öz növbəsində Canet Yellen xanımı vəzifə müddəti başa çatdıqdan sonra postunda saxlamaq fikrində deyil. Üstəlik, Birləşmiş Ştatlar iqtisadiyyatı da geridə qalmış 2016-cı ilin IV rübünün yekunlarına görə heç də gözlənildiyi nəticəni göstərməyib. Sözün qısası, kim nə və hansı addım atacaq bilinmir. Lakin, bir şey aydındır ki, hər şey "valyutalar müharibəsindən" başlayacaq"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31