İxrac potensialımızı təmin etmək və reallaşdırmaq lazımdır
2015-ci ilin sonlarından dünya iqtisadiyyatında yaşanan mənfi tendensiya Azərbaycana da təsirsiz ötüşmədi. Başa vurduğumuz il ərzində iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də maliyyə sektorunda yaşanan arzuedilməz proseslər hər kəsin gözü qarşısında oldu. Amma digər ölkələrdən fərqli olaraq Azərbaycanın h\yata keçirdiyi məqsədyönılü islahatlar, antiböhran tədbirləri ölkəmizi dünyada iqtisadi sahədə cərəyan edən mənfi tendensiyalardan bir qədər sığortalamış oldu. Hətta, bütün problemlər, böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı keçən il də öz inkişaf dinamikasını davam etdirdi. Təsadüfi deyil ki, elə bu amili nəzərə alaraq Azərbaycanın böhrandan çıxdığını söyləyənlər də var. Bəs görəsən reallıq necədir və iqtisadçılar bu barədə nə düşünür?
30 Yanvar 2017 15:20 İqtisadiyyatPərviz Heydərov: "Bunları da müşahidə edə biləcəyik"
2015-ci ilin sonlarından dünya iqtisadiyyatında yaşanan mənfi tendensiya Azərbaycana da təsirsiz ötüşmədi. Başa vurduğumuz il ərzində iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də maliyyə sektorunda yaşanan arzuedilməz proseslər hər kəsin gözü qarşısında oldu. Amma digər ölkələrdən fərqli olaraq Azərbaycanın h\yata keçirdiyi məqsədyönılü islahatlar, antiböhran tədbirləri ölkəmizi dünyada iqtisadi sahədə cərəyan edən mənfi tendensiyalardan bir qədər sığortalamış oldu. Hətta, bütün problemlər, böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı keçən il də öz inkişaf dinamikasını davam etdirdi. Təsadüfi deyil ki, elə bu amili nəzərə alaraq Azərbaycanın böhrandan çıxdığını söyləyənlər də var. Bəs görəsən reallıq necədir və iqtisadçılar bu barədə nə düşünür?
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, 2016-cı il əvvəlcədən də gözlənildiyi kimi, çətin il oldu və bu, bir həqiqətdir. Onun sözlərinə görə, 2015-ci ildə birincisi 34, ikincisi isə 47 faiz səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi və nəticədə Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları 5 milyard ABŞ dollarına düşdü: "Bütün bunlar da 2016-cı il üçün çox böyük problemlər ortaya qoyub getmişdi. Ümumiyyətlə, Amerika iqtisadiyyatı inkişafda və artımda olduğu zaman dollar həmişə möhkəmlənir. Birləşmiş Ştatlar dollarının möhkəmlənməsinin isə bir sıra strateji məhsulların dəyərini həmişə istər-istəməz ucuzlaşdırdığı məlum məsələdir. Bu sırada başda xam neft olmaqla, enerjidaşıyıcıları gedir. Həmin məhsulların ucuzlaşması isə gəlirləri bunlardan asılı olan ölkələrin iqtisadi vəziyyətlərini avtomatik olaraq pisləşdirir və odur ki, ölkəmiz 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən böyük əziyyət çəkir. Ancaq bütün bu qeyd olunanlara rəğmən, neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi aşkar görünən bir həqiqətdir ki, əksər neft ölkələrindən fərqli olaraq, Azərbaycanı heç də çox "vurmamışdır". Düzdür, manatın dəyəri cari ilin əvvəlinədək 125 faiz ucuzlaşdı, buna müvafiq olaraq istehlak qiymətləri yüksəldi. 12,4 faiz civarında inflyasiya qeydə alındı, iqtisadi artım tənəzülə uğradı. Lakin, büdcə və özəl strukturlarda hələ hiss olunacaq səviyyədə ixtisarlar baş vermədi, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmadı, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmadı, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem və sair yaranmadı". İqtisadçı deyir ki, bütün bunları nəzərə almaq lazımdır: "Məsələn, manatın yuxarıda qeyd etdiyimiz kimi bu ilin əvvəlindən 125 faiz
dəyər itirməsinə nəzərən bəzi "iqtisadçı-ekspertlər" izah edirlər ki, Rusiya, Qazaxıstan, Ukraynada olduğu kimi Azərbaycanda da milli pul vahidinin dəyəri xeyli əvvəldən, hətta 2014-cü ilin yayından neftin qiyməti düşməyə başladıqdan bir az sonra dərhal buraxılmalı idi. Və Azərbaycan Mərkəzi Bankının 11 milyard dollardan çox ehtiyatını itirdiyini tez-tez misal gətirərək, öz qərəzli və savadsız mülahizələrini ictimaiyyətin beyninə yeridirlər. Halbuki, AMB-nin valyuta ehtiyatlarının göstərilən həcmdə əriməsi ilə manatın dəyərinin vaxtında sərbəst buraxılmaması arasında heç bir əlaqə yoxdur. Yəni ki, manat əgər, hələ 2 il öncədən - 2015-ci ilin əvvəlindən sərbəst buraxılsa idi, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcmi yenə əriməkdə davam edəcəkdi. Bunu elə həmin "iqtisadçı-ekspertlərin" misal çəkdikləri Rusiya, Qazaxıstan və Ukraynanın da təcrübələri sübut edir. Belə ki, neftin qiyməti enməyə başladıqdan sonra demək olar, bütün ölkələrin valyuta ehtiyatları əridi. Və bunların əksəriyyəti valyuta bazarları sərbəst tənzimlənən, o cümlədən kəskin devalvasiyaya gedən ölkələr oldu. Qeyd edilir ki, şimal qonşumuzda hökumət çox "ağıllı" iş görərək, 2014-cü ilin noyabrından rublun məzənnəsini sərbəst buraxdı və gərək, biz də o cür edərdik. Bu cür məntiqsiz fikir irəli sürənlərdən soruşmaq istəyirəm: Rusiya məgər, 2015-ci il ərzində öz valyuta ehtiyatlarından az vəsait itirdimi ?! Yəni, bütün bu söylənilənlər nöqteyi-nəzərindən Azərbaycanın daha düzgün yolda olduğu məgər, bu qədər nəzəri cəlb etmirmi?. "Qlobal iqtisadi böhran davam etdiyi bir şəraitdə ölkəmiz böhrandan çıxıb" - fikiri də buna bahəm söylənilir. Yəni, heç də iddia olunmur ki, neftin qiymətinin enməsi Azərbaycanı "vurmayıb ". Ümumiyyətlə, kənarda oturub yön öyrətmək asandır və "boşboğazlıqdan" başqa bir şey deyil. Əsil böhranın nə demək olduğunu isə bizlər, sözün əsil mənasında, hələ bilmirik. Bir neçə il öncə, məsələn, Yunanıstanda maaşların azaldıldığı, hətta adi pensiyaların da belə, aşağı salındığı faktını yadımıza salsaq, pis olmaz. Maaşlar ümumiyyətlə, ödənilə bilmirdi. Sual edirəm: hansı ölkədə ötən il ərzində dövlət büdcəsindən sosial istiqamətdə artımlar həyata keçirildi ? Söhbət, cəmi 10 faizlik artımdan getmir. Hansı ki, bu il ərzində də bu tədbirlər davam etdiriləcək. Bizdə əsas problem valyuta bazarında sabitlik yaratmaqdır ki, ixrac potesialımızı təmin etmək və reallaşdırmaq lazımdır. Güman edirəm ki, bunları da pis-yaxşı hər halda növbəti ildən müşahidə edə biləcəyik".
Süleyman