Nağdsız hesablaşmalar sahibkarlara nə vəd edir?

Məlum olduğu kimi “Nağdsız hesablaşmalar haqqında”Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibəti tənzimləyən müddəa 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.

Ekspert: "Ölkədə nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanun qəbul edilməlidir"
 

Məlum olduğu kimi "Nağdsız hesablaşmalar haqqında"Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibəti tənzimləyən müddəa 2017-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. Maraqlıdır, sözügedən müddəanın tətbiqi vergi ödəyicilərinə necə təsir edib? İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, qanunun tələblərinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə Qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir. Artıq bu qanunun tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq, "Maliyyə Bazarlarına Nəzarət Palatası", Vergilər Nazirliyi artıq bu istiqamətdə fəaliyyətlərə start verib. "Maliyyə Bazarlarına Nəzarət Palatası"nın Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun Fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlılıq sistemi barədə treninqlər keçiriləcək. Vergilər Nazirliyi buna nağdsız hesablaşmalara vergi bazasının genişləndirilməsi imkanı kimi baxır və müvafiq təkliflər hazırlayır. Qanunun tətbiqindən irəli gələn məhdudiyyətlərdən isə sahibkarlar, xüsusilə də dövlət və büdcə əsaslı iri məbləğli sifarişlərlə işləyənlər narahatlıq keçirirlər. Heç kəsə sirr deyil ki, indiyə qədər investisiya büdcəsi təqvim ilinin əvvəlində nazirlər kabinetinin müvafiq qərarı ilə əlaqədar nazirliklər və icraçı təşkilatlar arasında bölüşdürüldükdən sonra onlar da sifarişləri özlərinə yaxın podratçılara, podratçılar da subpodratçılara verirlər. Bu prosesdə iştirak edən dövlət təşkilatlarının hər birinə müxtəlif faiz nisbətlərində geriyə ödənişlər (ən azı kontrakt dəyərinin 25-30 faizi məbləğində) nağd əməliyyatlarla aparılır. Eyni zamanda əmək haqlarına əlavə olaraq "paket" formasında ödənişlər də nağd pullardır. Bunları "MTN işi, "Rabitə işi" ilə bağlı istintaq materiallarında əks olunmuş ifadələr də təsdiq edir. Onun sözlərinə görə, belə olan halda bundan sonrakı dövrə mikro səviyyədə yaranmış problemlərin həllinin 2 ssenarisi müşahidə oluna bilər: "Birincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər və rəsmi əmək haqqına üstəliklər aradan qaldırılır, sahibkarlar üçün tenderlər sağlam rəqabət şəraitində şəffaf və hesabatlı keçirilir. Bu varıantın ehtimalı az olsa da hazırkı iqtisadi böhran dövründə onun reallaşıdırlması sahibkarlıq fəaliyyətini stimullaşdırılması və korrupsiyanın qarşısının alınması kimi vacib məsələnin həllində əhəmiyyətli rol oynaya bilər. 2017-ci il üçün təsdiq olunan dövlət büdcəsində tikinti xərcləri 2,5 milyard manatdan çox təsdiq olunub. Bu varinatda reallaşacağı halda ən azı 500 milyon manatlıq rüşvət və korrupsiya əməliyyatları sıradan çıxa bilər. İkincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər vəsaitlər yeni üsullarla nağdladırılmaqla və yaxud nağdsız hesablaşmalarla ödənilir və bu mütərəqqi qanunun qəbuluna baxmayaraq yenə də hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir. Bu ölkədə mövcud iqtisadi böhranı daha da dərinləşdirməklə, korrupsiyanın davamlılığını da təmin edə bilər. Yekun olaraq qeyd etmək istəyirəm ki, nağd hesablaşmalar üçün nəzərdə tutulan məhdudiyyətlər demək olar ki, dünyanın əksər ölkələrində mövcuddur. Məsələn, ABŞ-da bu iri əməliyyyatlar üçün ştatlar üzrə 10000 dollardan, İspaniyada 2500 avro, İtaliyada 1000 avro, Yunanıstanda 1500 avro, Bolqarıstanda 7500 avro, Çexiyada 15000 avrodan çox vəsaiti nağdlaşdırmaq fiizki və hüquqi şəxslərə qadağan edilir. Odur ki, Azərbaycanda da nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulu təqdir olunmaldır. Əks halda bu qanun da kağız üzərində qala bilər".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31