Dollar qıtlığını kimlər yaradır?

Ölkənin maliyyə bazarında hələ də qeyri-müəyyənlik davam edir. Xüsusilə, Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini yenidən qaldırmasında sonra maliyyə bazarlarında onsuz da mövcud olan dollar qıtlığı müşahidə edilməyə başladı. Əgər əvvəllər özəl banklar dollar alqı-satqısı ilə məşğul idilərsə, indi demək olar ki, heç bir bank dollar satmır. Belə demək mümkünsə maliyyə bazarlarda sözün həqiqi mənasında dollar qıtlığı yaşanır. Amma dollar qıtlığı, bankların dollar satmaqdan imtina etməsi də öz-özlüyündə yenidən “qara bazar”ın fəallaşmasına, aktivləşməsinə gətirib çıxarır. Belə demək mümkünsə, birinci və ikinci devalvasiya dövründə düzgün olaraq qapadılan “qara bazar”ın fəaliyyətinə indi kimlərsə şərait yaradır.

Ölkənin maliyyə bazarında hələ də qeyri-müəyyənlik davam edir. Xüsusilə, Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini yenidən qaldırmasında sonra maliyyə bazarlarında onsuz da mövcud olan dollar qıtlığı müşahidə edilməyə başladı. Əgər əvvəllər özəl banklar dollar alqı-satqısı ilə məşğul idilərsə, indi demək olar ki, heç bir bank dollar satmır. Belə demək mümkünsə maliyyə bazarlarda sözün həqiqi mənasında dollar qıtlığı yaşanır. Amma dollar qıtlığı, bankların dollar satmaqdan imtina etməsi də öz-özlüyündə yenidən "qara bazar"ın fəallaşmasına, aktivləşməsinə gətirib çıxarır. Belə demək mümkünsə, birinci və ikinci devalvasiya dövründə düzgün olaraq qapadılan "qara bazar"ın fəaliyyətinə indi kimlərsə şərait yaradır.

Bəs görəsən ölkədə dollar qıtlığını kimlər yaradaraq yenidən "qara bazar"ın aktivləşməsinmə şərait yaradır və bunda başlıca məqsəd nədən ibarətdir?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da deyir ki, artiq bir ayran da çoxdur banklar dollar satışını dayandırıblar. İqtisadçı hesab edir ki, bu arzuedilməz prosesin arxasında bəzi işbazlar, məmurlar dayanır: "Görəsən bu qərarı qəbul edən məmurlar anlayırlarmı ki, onların bu addımı hansı fəsadlar yaradır? Minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq məqsədilə milli valyuta əllərində dollar axtarışındadırlar". İqtisadçı da deyir ki, "qara bazar"a qarşı mübarizə aparıldığı halda yenidən onu canlandırmaq başadüşülən deyil: "Dollar axtaran insanlar son nəticədə bu dolları tapırlar - ancaq haradan və hansı qiymətə? Bir tərəfdən qara bazara qarşı mübarizə aparırıq deyib, digər tərəfdən insanları bu şəkildə ora yönəltməklə biz nəyə nail oluruq görəsən? Qara bazarı bu qədər eybəcər bir formada yaşatmaq kimə lazımdır?". Fikrət Yusifov bildirib ki, xarici valyutanın satışını dayandıran məmurlar yəqin ki, hər kəsdən daha yaxşı anlayırlar ki, bu eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacaq: "Bu adamlar kimə xidmət edirlər? Mən bir onu başa düşürəm ki, onlar Prezidentə deyil öz maraqlarına xidmət edirlər. Bu əməllərin adı sadədir. Bu təxribatdır".

İqtisadçı Qubad İbadoğlu da deyir ki,manatla bağlı narahatçılıqlar bir az da artıb və milli valyuta növbəti ilə 3 məzənnə ilə qədəm qoyur. Bura valyuta hərracının məznnəsi, kommersiya banklarının məzənnəsi və "qara bazar" məzənnəsi daxildir. Onların arasında "qara bazar" ən çox müzakirə mövzusuna çevrilib. Bəzi orqanlar "qara bazar"ı ləğv etməyi qarşısına məqsəd qoysa da, ona nail olan bilmədi. Çünki,

manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilməyib, onun satışı tam liberallaşdırılmayıb, əksinə valyuta mübadilə məntəqələri bağlanıb. Ən başlıcası isə bəzi banklar özləri "qara bazar"ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırırlar". İqtisadçı qeyd edib ki, "qara bazar" kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yaradılıb. Onun sözlərinə görə, bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə aparılır: "Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki, banklar üçün "qara bazar" dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik "qara bazar" kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki, onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar. Bəllidir ki, "qara bazar"da formalaşan məzənnənin kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də hazırkı "qara bazar"lar bəzi kommersiya banklarına lazımdır. Məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar da bəzi banklardır". Qubad İbadoğlunun sözlərinə görə, nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də "qara bazar"lar mövcud olacaq: "Odur ki, müvafiq orqanlar "qara bazar"la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir. Çünki, bundan başqa alternativ yoxdur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31