Strateji inkişaf hədəfləri nə vəd edir?

Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkənin sosial-iqtisadi inkişafında yeni tarixi mərhələyə keçid üçün mühüm əsas yaradıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi inkişafının bütün aktual məsələləri kompleks şəkildə nəzərə alınıb.

Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkənin sosial-iqtisadi inkişafında yeni tarixi mərhələyə keçid üçün mühüm əsas yaradıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi inkişafının bütün aktual məsələləri kompleks şəkildə nəzərə alınıb.
Bu sənədlədən biri "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" dir ki, sənədə əsasən Azərbaycanda sənaye sahəsində 7700 daimi iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd olunur ki, 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır. Bu yol xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye vəmaşınqayırma sektorunda prioritet kimi götürüləcək: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı. Strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq. Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma səbəb olacağı proqnozlaşdırılır.
Digər sənəd kənd yerlərində rifahın yüksəldilməsi və ölkənin etibarlı ərzaq təminatının gücləndirilməsi kimi sosial-iqtisadi və siyasi məqsədlərin uğurla reallaşdırılması baxımından mühüm əhəmiyyətə malik "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"dir. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması prosesi geniş iştirakçılığın təmin edilməsinə əsaslanıb. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının mütəxəssisləri ilə yanaşı, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilib, müvafiq qiymətləndirmələr aparılıb. Bunun əsasında Strateji Yol Xəritəsi hazırlanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət bu sahədə müşahidə olunan qlobal trendlər və çağırışlar fonunda qiymətləndirilib. Bunların əsasında Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu, kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu ifadə edir.
Qeyd edək ki, son illər dünyada gedən siyasi proseslər neftdən əldə edilən gəlirləri və onlardan istifadə imkanlarını məhdudlaşdırıb. Postneft dövrünün inkişaf etdirilməsi zərurəti artıq aktuallaşıb. Bu məsələ Azərbaycan üçün də mühümdür. Postneft dövrünün mahiyyəti tələb edir ki, qeyri-neft sektorunda biliktutumlu sahələrin inkişafına xüsusi önəm verilsin. Lakin postneft dövründə iqtisadi inkişafın təmin olunması hər bir ölkədən mövcud resurslardan səmərəli istifadəni və idarəetmənin təkmilləşdirilməsini tələb edir. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərqanə Musayeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" məhz postneft dövründə Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədilə hazırlanan mühüm sənəddir: "Strategiya ilə tanışlıq bunu deməyə əsas verir ki, nəzərdə tutulan tədbirlərin icrası uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatının liberallaşmasını nəzərdə tutur. Dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını saxlamaqla müdaxilə səviyyəsinin azaldılmasına cəhd bütün dünyada aparıcı strateji xətt kimi inkişaf etməkdədir. AMEA-nın İqtisadiyyat İnstitutunun son iki ildə apardığı tədqiqatların nəticəsi də sübut edir ki, iqtisadiyyatın liberallaşması tendensiyası dünya miqyasında genişlənməkdədir. Onu da qeyd edək ki, dövlətin iqtisadiyyata müdaxiləsi və iqtisadiyyatın liberallaşması məsələsi uzun illərdir ki, hər bir cəmiyyətdə elmi müzakirələrin predmeti olub. Lakin müdaxilə dərəcəsinin ölçülməsi və müdaxilənin optimal dərəcəsinin tapılması ciddi elmi problem olmaqla yanaşı, mühüm praktik əhəmiyyətə malikdir. AMEA-nın İqtisadiyyat İnstitutunun tədqiqatları sübut edir ki, liberallaşma iqtisadi inkişafın sürətlənməsinə və ictimai rifahın yüksəlməsinə daha etibarlı təminat yaradır. Əlbəttə, liberal iqtisadi islahatlar bu quruculuğun zəruri şərti olsa da, kafi şərti deyil. Strateji Yol Xəritəsində nəzərdə tutulan islahatlar iqtisadi inkişafın lokomotivinin özəl sektora keçməsi ilə bağlı dünya praktikasını Azərbaycana gətirməyə yönəlib". F.Musayeva bildirib ki, həyata keçiriləcək islahatlar uzunmüddətli perspektivdə biznes mühitinin yaxşılaşmasına, müəssisələrin vergi yükünün yüngülləşdirilməsinə, xarici sərmayədarlar üçün daha əlverişli şəraitin yaradılmasına, idxaldan asılılığın azaldılmasına və qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasına gətirib çıxara bilər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31