2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib

Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Energetika Nazirliyində "Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı"nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb. "OLAYLAR"-ın xəbərinə görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, "Azərenerji" ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib. Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb. Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31