Şəffaflıqın təminatında yenilik
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Bu barədə Xidmətdən verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində şəffaflığın qorunması vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsi, vətəndaşlara münasibətdə etik qaydalara əməl olunması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb.
26 Dekabr 2016 17:49 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Bu barədə Xidmətdən verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində şəffaflığın qorunması vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsi, vətəndaşlara münasibətdə etik qaydalara əməl olunması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb. Beləliklə, dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq, istifadə ediləcək biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində "SATILA BİLMƏZ" sözləri yazılıb. Büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, dövlət büdcə vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ" sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcə vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ" sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb.