Azərbaycandan Moldovaya at əti ixrac olunacaq
Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycan Respublikasından Moldova Respublikasına at əti ixrac edilməsi nəzərdə tutulub. Bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır.
5 Dekabr 2016 14:38 İqtisadiyyatAzərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycan Respublikasından Moldova Respublikasına at əti ixrac edilməsi nəzərdə tutulub. Bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri souyuducu anbar və refrejatorlarla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir. Dövlət Baytarlıq Nəzarət Xidmətindən "Olaylar"a verilən məlumata görə, at kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur. Məlumatda bildirilir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsi ilə Moldova Respublikasına ixrac olunacaq.