7 saylı dəniz özülündə ilk quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir.

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir. SOCAR-dan verilən məlumata görə, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31