BANM və “Schlumberger” şirkəti arasında əməkdaşlıq davam edir
“Schlumberger” şirkətinin Rusiya və Xəzər regionunda Universitetlərlə əlaqələr üzrə meneceri Andrey Gerdyuşun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub.
29 İyul 2016 15:23 İqtisadiyyat"Schlumberger" şirkətinin Rusiya və Xəzər regionunda Universitetlərlə əlaqələr üzrə meneceri Andrey Gerdyuşun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. SOCAR-dan "Olaylar"a verilən məlumata görə, BANM-də rektor Elmar Qasımovla görüşdə Andrey Gerdyuş "Schlumberger" şirkəti ilə Neft Məktəbi arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmiş, bu əməkdaşlıqdan şirkət rəhbərliyinin məmnun olduğunu diqqətə çatdırmışdır. "Schlumberger" şirkətinin Xəzər regionunda işəgötürmə üzrə meneceri Asset İskakov isə artıq BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçirildiyini və onlar üçün gələcəkdə təmsil etdikləri şirkətdə gözəl karyera imkanları olduğunu bildirmişdir. BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə mühəndis kadrların hazırlığı prosesinə "Schlumberger" şirkətinin verdiyi töhfəyə görə təşəkkür etmişdir. O, Ali Məktəbin yeni kampusunda gedən tikinti-tamamlama işləri barədə qonaqlara məlumat vermiş, şirkətin təchizat dəstəyi ilə kampusda laboratoriya qurulmasının mümkünlüyünü qeyd etmişdir.