Təxribat məlumatlı məhsul satışdan çıxarıldı

Son iki gündə sosial şəbəkələrdə üzərində təxribat xarakterli “Günəşli yatağından xam neft” yazısı olan bir məhsulun şəkili yayılmışdır.

Son iki gündə sosial şəbəkələrdə üzərində təxribat xarakterli "Günəşli yatağından xam neft" yazısı olan bir məhsulun şəkili yayılmışdır. Şəkildə göstərilən məhsulun üzərində Azərbaycan Respublikasının xəritəsi təhrif olunmuş, eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatları barədə yalnış məlumat verilmiş, yataqdakı resurslar hazırda 9 mrd barel həcmində qiymətləndirildiyi halda 6.4 mlrd. barrel göstərilmişdir. SOCAR-ın apardığı araşdırmalardan məlum olmuşdur ki, həmin şəkilin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur və Böyük Britaniyada yaşayan özəl bir satıcı bu şəkili özünün Ebay satış məkanında yerləşdirmişdir. Şəkildəki məhsulun satıcısı ilə əlaqə yaradılaraq üzərində yalnış məlumatlar olan məhsulun Ebay səhifəsindən çıxarılması tələb edilmişdir. Məhsulun üzərində yol verilmiş təhriflərə görə üzr istəyən satıçı SOCAR-ın tələbini dərhal yerinə yetirmişdir. Hazırda "Günəşli yatağından xam neft" məhsulunu Ebay-da əldə etmək mümkün deyil. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31