Bağlanmış 4 bankın borcu AÇIQLANDI
Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı - "Parabank", "Zaminbank", "Kredobank" və "Dekabank" ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib.
29 İyul 2016 14:02 İqtisadiyyatMaliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı - "Parabank", "Zaminbank", "Kredobank" və "Dekabank" ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib.
Report bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında deyilir.
Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedən rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdı. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb:
BankFiziki şəxslərin
ümumi əmanətləri
(mln. manat)Qorunan əmanətlər
(mln. manat)Kompensasiya olunan
əmanətlər
(mln. manat)Qorunan əmanətçilərin
sayı
1"Parabank"87,61961,94943,78818 970
2"Zaminbank"53,63253,63136,35010 742
3"Kredobank" 30,20620,95627,7684 542
4"Dekabank" 5,5853,7672,807133
Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmi açıqlama verəcək.