ARDNF 5 banka 4,9 mln., Mərkəzi Banka isə 30 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan  verilən məlumata görə, bu vəsaitdən 4,9 milyon ABŞ dolları məbləğində vəsait 5 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31