Bütün xidmət və istehsal sahələrindən ƏDV-ni ləğv etməklə

Fikrət Yusifov: “Biz ölkənin büdcəsinə ciddi zərbə altında qoya bilərik”

Hər hansı bir məhsul növünə ƏDV üzrə güzəştlərin tətbiqi təklif olunursa, buna "belə olarsa qiymətlər ucuzlaşacaq" kimi sadə bir formula ilə baxmaq düzgün deyil. Əgər hansısa məhsulların qiymətləri yüksəkdirsə, ilk növbədə, bunun səbəbləri dərindən araşdırılmalıdır. Bu fikirləri "OLAYLAR"-a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Bildirib ki, təcürbədə belə araşdırmalardan sonra qiymətlərin yüksək olmasının əsil günahkarının elə təşəbbüsü qaldıranların özlərinin olduğu dəfələrlə sübut olunub: "Ona görə də bu məsələyə, marketlərdə satılan məhsulların qiymətlərinin necə formalaşdığını obyektiv təhlil etdikdən sonra rəy vermək olar. Məhsulların qiymətlərinin formalaşmasında daha qabarıq şəkildə gözə dəyən ƏDV-ni görmək, hələ heç də məsələyə obyektiv yanaşım
demək deyil. O məhsulların bir çoxu mağazaların piştaxtalarına birbaşa istehsalçıdan deyil, 2 - 3 və bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq gəlib düşür. Hər vasitəçi isə məhsulun qiymətinə öz "xidmət haqqını" əlavə edəndən sonra, malın son qiymət təbii ki, yüksək olur. Eyni qayda ilə məhsulun son qiymətinə neqativ məqamlar da az təsir etmir. Bax məsələnin kökünü bu istiqamətdə araşdırmaq lazımdır. Onda son qiymətə nəyin necə təsir etdiyi tam aydın olacaq. Əks halda, bütün xidmət və istehsal sahələrindən ƏDV-ni ləğv etməklə biz ölkənin büdcəsinə ciddi zərbə altında qoya bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31