ARDNF 8 banka 2,9 mln. dollar satıb
21 Aprel 2016 12:30 İqtisadiyyatBu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, ARDNF tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 2,9 mln. dollar məbləğində vəsait 8 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31