"Neft Daşları"nda daha bir quyu istismara verilib
1 Aprel 2016 18:40 İqtisadiyyatÖlkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2282 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2523-2511 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31