Ukrayna maşınqayırma məhsullarının Azərbaycana idxalında maraqlıdır

Ukrayna daxili bazarda istehsal olunan maşınqayırma məhsullarının Orta Asiya ölkələrinə, o cümlədən İran və Türkiyəyə idxalının artırılmasında maraqlıdır. "APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirin müavini Gennadiy Zubko bildirib. Onun sözlərinə görə, energetika sektorunda istifadə olunan maşınqayırma məhsullarının idxalı daha prioritetdir: "Bu qəbildən olan məhsulların Azərbaycan, İran, Türkiyə, Qazaxıstan kimi ölkələrə idxalının artırılmasında maraqlıyıq. Bunun üçün xüsusi komissiyalara yaradılıb. Biz yeni bazarların kəşf olunması, köhnələrin bərpası istiqamətində işləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31