"Azərbaycan Kredit Bankı" və "Eurobank"ın aktivlərinin böyük hissəsi hərracda satılıb - EKSKLÜZİV
30 Mart 2016 16:12 İqtisadiyyat"Azərbaycan Kredit Bankı" ASC və "Eurobank" ASC-nin aktivlərinin hamısı açıq hərraca çıxarılıb. Bunu "APA-Economics"ə açıqlamasında bu banklara ləğvedici təyin olunan "Azerbaijan İnternational Consultinq Company" MMC-nin direktoru Natiq Yusifoğlu bildirib. Onun sözlərinə görə, hərraca çıxarılan aktivlərin böyük bir hissəsi də artıq satılıb. "Satışdan əldə olunan vəsait Mərkəzi Bankdakı xüsusi hesaba toplanılır. Bundan sonra isə əmanətçilərə proporsional faizlə paylanılır", - deyə N. Yusifoğlu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31