İncəsənət
“İntizar” nümayiş olundu
Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan “Olaylar” – a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
Əhməd Sami Elaydi uşaq kitabxasında
F.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.
“Tarixi biliklər” adlı müsabiqə
Tarix muzeyində “Azərbaycan tarixində almanlar” sərgisi
Milli incəsənət muzeyində Fransa incəsənəti
Emil Əzizin “Blooming” – in sərgisi
Mayın 20 – də Türkiyədə fəaliyyət göstərən rəssam Emil Əzizin Bakıda “Blooming” adlı fərdi sərgisi açılacaq. “Art BAHAR” festivalı çərçivəsində Port Baku Mall Qalereyasında təşkil olunacaq sərgidə rəssamın yeni əsərlər kolleksiyası təqdim olunacaq. "Blooming" ekspazisiyasının əsas ideyası - çiçəklənmə, təbiətin rennessansı, parlaq ləkələrlə ifadə olunmuş anlar üstünlük təşkil edir. Sərgi mayın 31 – dək davam edəcək.












.jpg)