İncəsənət
Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu
İyunun 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə səyləri ilə keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı tədbirdə Rusiya imperatorlarının mühafizə konvoyunda olmuş Azərbaycan tağımlarının uniforması tədim olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, Azərbaycanın hərb tarixi müxtəlif hadisələr, şanlı səhifələrlə zəngindir. Bu tarixin hərtərəfli araşdırılması yalnız respublika müstəqillik qazanandan sonra mümkün olmuşdur. Tarixçilərin səyləri il yeni-yeni faktlar müəyyən edilir, geniş ictimaiyyətə çatdırılır. Belə az məlum olan faktlardan biri Rusiya imperatorlarının mühafizə xidmətində (konvoyunda) 1838-1881-ci illərdə Azərbaycan hərbi hissələrinin olmasıdır. Bu hərbi hissələrin tarixinin, şəxsi heyətin bioqrafiyalarının, döyüşçülərin uniforma və silahlarının müəyyən edilməsi bir neçə alimin səyləri ilə mümkün olmuşdur.
“Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans
Muzey mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunmuşdu. Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış etdilər. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışdı.
Mayra Almaszadə Həştərxanda ustad dərsləri keçdi
Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Akademiyadan “Olaylar" – a bildirilib ki, interaktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilib, müzakirələr aparılıb. Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.
ADMİU "Mədəniyyət kanalı" və "Azərbaycan radiosu"nun birgə layihəsində
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mədəniyyət" kanalının və "Azərbaycan" radiosunun təşkilatçılığı ilə "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konserti keçirilib. Universitetdən “Olaylar" – a bildirilib ki, konsertdə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin I kurs tələbələri Tural Xəlilzadə O.Kazıminin “Bakının qızları”, Şəfiqə Abbasova T.Quliyevin “Qaynana” k/f-dən “Məhəbbətin çırağı”, I.Berlini “Cheek to cheek”, E.Prydz, S.Winwood, W.Jennings “Call on my”, II kurs tələbələri Sərxan Cəfərov T.Quliyevin “Bakı haqqında mahnı”, A.Menken “Beauty and the beast”, Şövqi Əmrahov E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” k/f-dən “Sevgi mahnısı”, Güllü Bəhərzalova V.Gərayzadənin “Qaytar eşqimi”, Nigar Xəlilova T.Quliyevin “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle”, IV kurs tələbəsi Safa Eldarov O.Kazıminin “Eşqimin bəxti” və P.Medley “Twist and shout” mahnılarını ifa ediblər.
Sarayda Keloğlan Masalları Müzikali – 2
Heydər Əliyev adına Sarayda Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq. Saraydan “Olatylar” – a bildirilib ki, uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22 - də uşaqların ixtiyarına veriləcək.
Muzeydə “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun ilk məşğələsi
Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvləri üçün ilk məşğələ keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, məşğələdə muzeyin Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən “Milli Azərbaycan Tarixi Muzeyi binasının memarlıq üslubu” adlı mühazirə oxunub.
Muzeydə “Hərb tariximizi öyrənək!”
21-23 iyun tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı sərgi Tarixi Muzeyi ilə AR Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birlikdə təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirlib ki, sərginin məqsədləri Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq və hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri geniş ictimaiyyət, ilk növbədə gənclərlə tanış etməkdir.
Xalça Muzeyində uşaqlar günü
“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Xalça Muzeyində də qeyd olunub. Muzeydən “Olaylar” – a bildirlib ki, hər il olduğu kimi muzey bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib. Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbiri keçirilib. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu, həmçinin “Sən istedadsan” layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi.
Musiqili fidanlar
İyunun 1 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Musiqili fidanlar”adlı tədbir-konsert keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açıb. Sonra R.Babayev adına 25 №-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış edib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.
Tarix Muzeyi hərb tarixi ilə məşğul olanları əməkdaşlığa dəvət edir
İyunun 21 – 23 tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan hərb tarixinə həsr olunan kitabların “Hərb tariximizi öyrənək!” adlı sərgi keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq, hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri ictimaiyyətlə, ilk növbədə gənclərlə tanış etmək.
Muzeydə “Hədəf: Bahar” mənzərəsi
Mayın 30 - da Milli İncəsənət Muzeyində "Hədəf: Bahar" mənzərə fotosərgisi nümayiş olunacaq. Sərgi Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunub. Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər. Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir.
“Xatirələr” adlı sərgi təşkil olunacaq
Mayın 30 - da Arts Council Azerbaijan "START" layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi "Xatirələr" adlı sərgisini təşkil edəcək. Sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır. Arts Council Azerbaijan - dan "Olaylar" - a bildirlib ki, "Start" layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri; rəngkarlıq, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunacaq.
Litvalı rəssamın "İlham pərisi" Bakıda
Bakıda Litvanın məşhur rəssamı Edita Suxotskitenin əsərlərindən ibarət "İlham pərisi" adlı sərgisi açılıb. "Art Tower" qalereyasından "Olaylar" - a bildirilib ki, "Art Tower" - ın təşkil etdiyi sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan" təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baç tutub. Rəssam uzun müddət bütün cizgiləri, kölgələri, nöqtələri düşünür. Yalnız hər şey ürəyincə olmasına əmin olarkən iş prosesinə başlayır. Bu, onun dəst-xəttində xüsusi iz qoyur. Onun əsərlərinin maraqlı cəhəti detallara xüsusi diqqət yetirməsidir. Rəsmlərinin əsasını aydın modellər, parlaq eskiz ifadəliliyi təşkil edir.
“İntizar” nümayiş olundu
Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan “Olaylar” – a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
Əhməd Sami Elaydi uşaq kitabxasında
F.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.














