İncəsənət

Muzey əməkdaşı regional seminar-təlimdə

29 İyun 2017 17:57

Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində “Muzeylərdə inkluziv proqram” adlı regional seminar-təlim keçirilib. “Ecole Du Louvre”-un professoru, “CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)”-nın mütəxəssisi Dr. Marie-Clarte O’Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilib. Təlimdə Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak edib. Muzeydən “Olaylar” – a bildirilib ki, seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, “CECA BP” proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunub.

Cövdət Hacıyevin 100 illiyi “İpək Yolu” festivalında qeyd olunub

29 İyun 2017 17:28

 İyunun29 - da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində  Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır.  Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir.

“İpək Yolu” festivalı çərçivəsində polyak və macar musiqiləri təqdim olundu

29 İyun 2017 07:54

Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü  Şəki Xan sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Ania Broda etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifidi. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb. 

Amerikalı rəssamın əsərləri Bakıda

24 İyun 2017 16:29

İyunun 30-da “Art Tover” qalereyasında amerikalı tanınmış gənc rəssam Matthew Sekutanın sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.  “Arts Council Azerbaijan” - dan "Olaylar" - a bildirilib ki, ekspozisiyada ABŞ və Azərbaycanın müxtəlif sahələrdəki əməkdaşlığına aid əsərlər yer alacaq.

Xətai  Sənət  Mərkəzində növbəti müsabiqə

23 İyun 2017 15:24

 İyun  ayının 30-da Azərbaycan  Rəssamlar  İttifaqı  və  Xətai  Sənət  Mərkəzinin  dəstəyi   ilə  İslam  Həmrəyliyi  ilinə  həsr  olunmuş  “SEVGI RƏSSAMLARIN GÖZÜ  İLƏ” adlı sərgi-müsabiqə keçiriləcək. Xətai Sənət Mərkəzindən “Olaylar” – a bildirlib ki, müsabiqə  rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir.  Hər janr üzrə  I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə  mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla  təltif  olunacaq.  

“İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək

22 İyun 2017 16:05

İyunun 27-dən iyulun 1-dək Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından “Olaylar” – a bildirilib ki, təşkilatın sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı musiqi, dostluq və həmrəylik bayramına çevriləcək. Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləck. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb. Festivalın proqramında Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcəklər.

Ömər Eldarov və Merab Merabişvilinin əsərləri sərgiləndi

21 İyun 2017 15:47

Tbilisidə Simon Canaşiya adına Gürcüstanın Milli Muzeyində qeyri- adi formatda Azərbaycan və Gürcüstanın heykəltaraş-patriarxları Ömər Eldarov və Merab Merabişvilinin əsərlərindən ibarət sərginin açılışı olub. Muzeydən “Olaylar” – a bildirilib ki, ustad heykəltəraşların yaratdıqları əsərlərin fotoları tamaşaçıya miqyasına görə təqdimetmə üslubunu özləri diktə ediblər. Ekspozisiyanın bu cür maraqlı tərtibatı Gürcüstan Mədəni Birliyi, Gürcüstan Milli Muzeyi və Azərbaycan Mili İncəsənət Muzeyinin dəstəyi ilə “XXI Mədəni Dialoq” Assosiasiyası tərəfindən həyata keçirilib.

Tarixi Muzeyində I Respublika Elmi Konfransı keçirilib

20 İyun 2017 19:08

 İyunun 20- də Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, iki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Nazirlər Kabineti yanında İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin “İçərişəhər” tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Xalça Muzeyi, AMEA Memarlıq və İncəsənət İnstitutu,Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti,  Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Hüseyn Cavidin Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi, Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak ediblər.

Muzeydə I Respublika elmi konfransı keçiriləcək

19 İyun 2017 22:07

 İyunun 20 –də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçiriəcək. Muzeydən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey.

Muzeydə şəhid Elçin Baxşəliyevə həsr olunmuş anım tədbiri

19 İyun 2017 22:00

AMEA Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevin anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri və cəbhə yoldaşları, media işçiləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi. Akademik şəhid E.Baxşəliyevin ailəsinə baş sağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəsillərin də qəhrəmanlarımızı tanımalarının vacib olduğunu bildirdi. Daha sonra şəhidin şücaətindən, döyüş yolundan danışıldı.

“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti mühazirə

19 İyun 2017 21:54

Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib.  Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər. Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib.

Bolqarıstanda “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti”

17 İyun 2017 21:09

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Sofiya şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunub. Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti və incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – xalçalar , milli geyimlər, keramika , zərgərlik, misgərlik məmulatları nümayiş etdirildi. Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.

Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert

16 İyun 2017 23:29

Beynəlxalq Muğam Mərkəzində  Milli Qurtuluş gününə həsr olunmuş  Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir  Mədəniyyət və Turizm Nazirliyi,  Mədəniyyət Və Turizm  Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun  “Lay-lay”, “Qərənfil”,  S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”,  Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.

"Günümüzün ustad aşıqları"- sonuncu kitab

16 İyun 2017 23:25

Azərbaycan Aşıqalr Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seüriyasından sonuncu – doqquzuncu kitab da işıq üzü görüb. Birlikdən "Olaylar" - a bildirilib ki, 2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət İşçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

“Heydər Əliyev və muzeylərimiz”

14 İyun 2017 17:20

İyunun 14 – də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Muzeydən “Olaylar” – a verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunub.