Tarixi Muzeyində I Respublika Elmi Konfransı keçirilib
İyunun 20- də Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, iki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Nazirlər Kabineti yanında İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin “İçərişəhər” tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Xalça Muzeyi, AMEA Memarlıq və İncəsənət İnstitutu,Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Hüseyn Cavidin Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi, Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak ediblər.
20 İyun 2017 19:08 İncəsənətİyunun 20- də Tarixi Muzeyində "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası" mövzusunda I Respublika elmi konfransı keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, iki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Nazirlər Kabineti yanında İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin "İçərişəhər" tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Xalça Muzeyi, AMEA Memarlıq və İncəsənət İnstitutu,Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Hüseyn Cavidin Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi, Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq qonaqları salamladı. O, öncə hər il mütəmadi keçirilən bu konfransın əhəmiyyətindən və onun tarix elminin inkişafında oynadığı rolundan danışdı. O, iştirakçılara elmi işlərində uğurlar diləyərək, onlara belə əhəmiyyətli tədbirlərdə fəal iştirak etmələrini arzuladı və konfransı açıq elan etdi.
Plenar iclasda t.ü.e.d. Nərgiz Əliyevanın "Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kitab və dövri mətbuat xəzinəsi", t.e.d. Zemfıra Hacıyevanın "Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin Azərbaycan elminə töhfəsi", k.t.e.d. Rəna Mirzəzadənin "Böyüməkdə olan nəsildə və gənclərdə vətənpərvərlik və tarixi yaddaşın formalaşmasında Torpaq muzeyinin rolu", fil.ü.e.d. Xatirə Bəşirlinin "Müasir cəmiyyətin muzeyləri: yeni çağırışlar" adlı maraqlı məruzələri dinlənildi. Tədbirin ikinci hissəsində seksiyalardakı məruzələr dinlənilmiş və diskussiyalar aparılmışdır. Bu məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulmuş, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilmişdir.
Konfrans iştirakçılarının çıxışları dinlənildi və məruzələr ətrafında müzakirələr aparıldı.