İncəsənət
Ümumdünya irs siyahısına iki yeni obyekt daxil edildi
Bu gün YUNESKO-nun Ümumdünya irs komitəsinin Krakovda keçirilən 41-ci sessiyasında Yaponiya və İranda yerləşən iki yeni obyekt Ümumdünya irs siyahısına daxil edilib. Bu barədə YUNESKO-nun "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib. Yaponiyada müqəddəs Okinosima adası və adadakı kilsə və İranın Yəzd şəhərinin qədim hissəsi Ümumdünya irs siyahısına daxil edilib. Okinosima adasına yalnız kişilər səfər edə və Okitsa kilsəsini ziyarət edə bilərlər. Qədim yapon əfsanəsinə görə, bu adaya gələn qadınlar daşa çevriləcək.
“Qara adam” gəlir
İyulun 14 - də HUMAN Teatrında Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı növbəti tamaşasını təqdim edəcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə “Anqleter 1925” psixoplastik vəhy, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poemasının motivləri əsasında hazırlanıb. Azərbaycanda ilk dəfə səhnələşdirilən əsərin müəllifi Şamil İbrahimov, plastik həll üzrə rejissor Pərviz Məmmədrzayevdir.
IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə
İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin dəstəyilə və GİN-nin mətbu orqanı "İdman" qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək. Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.
Məşhur azərbaycanlı fotoqraf dünyasını dəyişdi
Elçin Əzizov Savonlinna Opera Festivalında çıxış edəcək
İyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək. Azərbaycanın əməkdar atisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin “İolanta” operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və “operabase” portalında yer alıb.
Milli geyimlərə həsr olunan sərginin açılışı olub
İyulun 4 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edərək milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışıb. Sonra sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında qonaqlara ətraflı məlumat verdi.
Hadisə layihədən uzaqlaşdırıldı
“O səs Türkiyə” layihəsində keçən mövsüm birincilik əldə edən Hadisə yarışmadan uzaqlaşdırıldı. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, layihənin rəhbəri Acun Ilıcalı Murad Boz xaric, yarışmanın bütün münsif heyyətində dəyişiklik edəcək. Hadisəni bu sezon “O ses Türkiyə” – də Yıldız Tilbənin əvəz edəcəyi deyilir.
Azərbaycan milli geyimləri olduğu kimi
İyulun 14 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, sərgidə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur.
“Muğam axşamları” layihəsində “Şüştər” və “Hümayun” muğamı səsləndi
Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı. Beləki 30 İyun Beynəlxaql Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səslənib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, mayın 16 da start verilən “Muğam axşamları” layihəsi “Şüştər” və “ Hümayun” muğamları ilə sona yetdi. Muğamın şöbə və güşələrini xanəndələr Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar müəllim Qəzənfər Abbasov, Muğam Müsabiqəsinin laureatı Məhəbbət Səfərov ifa etdi. Onları Xalq Çalğı alətələri ansamblı ( tarda- Rəşad İbrahimov, kamançada-Təbriz Yusubov, udda-Xəyyam Həsənli, qanunda – Aysu Sadıqova, balabanda – Elnur Hüseynov, nağarada- Elnur Əliyev) müşayət etdilər. “Şüştər “ və “ Hümayun” yeddi əsas Azərbaycan muğamlarındandır. “Şüstər” lad etibarilə “Şur” muğamına daha yaxındır.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında yeni layihə
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının böyük zalında “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihənin təqdimatı keçirilib. Filarmoniyadan “Olaylar” - a bildirlib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ceyhun Musaoğlunun rəhbərlik etdiyi Jurnalist Ekspert Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Olduqca təsirli və qürürverici mövzuya toxunan layihə rəhbərləri bu işi uşaqlara tapşırmaqlarında əsas məqsəd qəhrəmanlarımızı daha yaxşı tanımaları, onların igidliklərindən, şücaiətindən xəbərdar olmalarıdır.
“Muzeylərdə inklüziv proqramlar – inklüziv muzey” mövzusunda regional seminar
Tiflisdə “Muzeylərdə inklüziv proqramlar – inklüziv muzey” mövzusunda regional seminar Zaqafqaziya respublkaların İCOM Milli Komitələrin xətti ilə təşkil olunub. Seminar Gürcüstan Milli Muzeyinin və Tiflis Dövlət İncəsənət Akademiyasının birgə əməkdaşlığı ilə keçirilib. Seminarın rəhbəri – ICOM-un Təhsil və Mədəniyyət Fəaliyyətinin (CECA) eksperti, Ecole du Louvre-nin professoru Marie-Clarte O’Neill. Xalşa muzeyindən "Olaylar" - a bildirilib ki, Azərbaycan Xalça Muzeyindən Firəhnaz Musayeva, Heydər Əliyev Mərkəzindən Ülkər Hümmətova, Milli Azərbaycan Tarixi Muzeyindən Emin Dadaşov seminara qatılıblar.
“Səs Eksperimentləri” adlı konsert
İyun ayının 30-da “Yarat” Muasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. Adından da göründüyü kimi, ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Bu barədə "Olaylar" - a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir “ArazOzara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib. Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.
Türk ədəbiyyatının ən yaxşıları
Türkiyəli tənqidçilər, yazarlar, alimlər, ədəbiyyat müəllimləri və naşirlərdən ibarət 100 nəfərlik bir heyət “Türk ədəbiyyatının Ən Yaxşı 100 Romanı” siyahısını tərtib ediblər. 100 nəfərlik münsif əsərləri 10 bal sistemi ilə dəyərləndiriblər. Qiymətləndirmə nəticəsində ilk 10 sırada bu əsərlər yer alır:
“Təbriz” rəqs qrupu Şəkidə
Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın ilk günlərində tamaşaçılar Yaponiyadan, Polşadan, Macarıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Festival çərçivəsində iyunun 29-da axşam saatlarında tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.
Muzey rəhbərliyi Beynəlxalq Simpoziumda
Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Tarix muzeyindən “Olaylar” – a bildirilib ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.














