İncəsənət
Mənzil-muzeydə “Açıq qapı” günü
Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür. Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq.
"Daha yaxşı bir dünya xəyal et" adlı müsabiqə
Avropa Birliyinin nümayəndə heyəti "Xəyal et Avropa Tolerantlıq" festivalı çərivəsində Azərbaycanda "Daha yaxşı bir dünya xəyal et" adlı video və foto müsabiqə təşkil edir. Azərbaycan Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənc film tərtibatçıları və fotoqrafların öz işləri vasitəsiylə tamaşaçıları ictimai məsələlərə və problemlərə dair daha geniş formada məlumatlandırmaqdır. Qeyd olunmuş mövzudan uzaq olan, eyni zamanda zorakılıq, pornoqrafiq və siyasi xarakter daşıyan foto və videolar müsabiqədən kənarlaşdırılacaq. Fotoraflar Birliyinin rəhbəri Mirnayib Həsənoğlu müsabiqə haqqında qısa məlumat verərkən qeyd etdi ki, müsabiqə iyul ayında müxtəlif media kanalları və sosial şəbəkələr vasitəsi ilə elan olunacaq.
“YARAT” -da görüş olacaq
Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək. Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək. Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.
Bətnindəki sıxıntını çəkirəm, ana... Türkan Zamanovanın yeni şeirləri
XIX əsrə aid tikmə nümunələri təqdim olunacaq
Sentyabrın 4 və 20 – də Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq. Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Muzeydə ustad dərsləri
Sentyabrın 4 və 20 – də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçirir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
“Jara” artıq başlayır
İyulun 28 – də Bakıda “Jara” Beynəlxalq musiqi festivalı start götürəcək. Dörd gün davam edəcək festivalda Qriqori Leps, Alla Puqaçova, Dima Bilan, Valeriya, LOBODA, Kristina Orbakayte, Filip Kirkorov, Sofiya Rotaru, Ani Lorak, Emin, Lolita, Vera Brejneva, Oleq Qazmanov və digər meqaulduzların eyni səhnəni bölüşəcəyi “Jara” həm iştirakçı və tamaşaçı kontingentinə, həm də müddətinə görə keçənilkindən fərqlənəcək.
Çində Azərbaycanı layiqincə təmsil edən ADU tələbəsi
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uxan Universitetində təhsilini davam etdirir. O, həmin şəhərdə keçirilən “Sakura” adlı Beynəlxalq Rəsm Sərgisi müsabiqəsində fərqləndirici sertifikata layiq görülüb. Universitetdən “Olaylar” – a bildirlib ki, ənənəvi olaraq hər il Uxanda keçirilən festivalda müsabiqə iştirakçılarının yağlı və sulu boya ilə işlənmiş rəsm əsərləri, fotoşəkilləri nümayiş olunub. Müsabiqədə 60-dan çox ölkəni təmsil edən tələbələr iştirak edib.
Modelyerin növbəti kitabı işıq üzü gördü
Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb. Elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.
“Araz” qrupunun möhtəşəm uğuru
Unesconun Litvada keçirtdiyi Lauks-Nos Festivalında ölkəmizi “Araz” muğam qrupu təmsil edib. Qrupda xanəndə Könül Məmmədli, kamançada Pərviz Fərhadov, tarda Ədalət Behbudov fəaliyyət göstərib. Festival Litvanın Klaipeda şəhərində keçirilib. Lauks-Nos Festivalinda Azərbaycanla yanaşı, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak ediblər. Səfər haqqında təəssüratlarını “Olaylar” – a bölüşən Pərviz Fərhadov və Ədalət Behbudov bildirdilər ki, UNESCO Lauks-Nos Festivalınin açılışını Klaipeda şəhərində Teatr Meydanında Litva UNESCO – nun Milli Komissiyasının sədri Professor Romas Pakalnis və vitsemer Judita Simonaviciute ediblər. “Festivalın açılış günü Azərbaycan Muğam Kompazisiyasi adlı repertuarla başladıq.
“Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgi
Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin Azərbaycandakı Mədəniyyət və Təqdimat Müşavirliyinin birgə təşkilatçılığı ilə Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi açılıb. Sərginin açılış mərasimində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Meksikalı rəssamın sərgisi
“İçərişəhər”də yerləşən “Art Tover” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kaloya həsr edilmiş rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib. “Arts Council Azerbaijan” - dan "Olaylar" -a bildirib ki, sərgi çərçivəsində qonaqlar ekspozisiyada yer alan 30-dək sənət əsəri vasitəsi ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri - Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış ola bilərlər.
Estoniyada keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunub
Milli İncəsənət Muzeyində “Fransız tətilləri”
İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək. Muzeydən “Olaylar”-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar bir-biri ilə Fransız dilində ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.




.jpg)





.jpg)



