İncəsənət

Ermənilərin atdığı mərmi muzeydə nümayiş olunacaq

6 Sentyabr 2017 14:43

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar müntəzəm olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilir. “Olaylar” bildiriir ki, bu günlərdə düşmən qəddarlığını əks etdirən daha bir material - erməni silahlı qüvvələrinin dəzgahlı qumbaraatanlardan atdığı mərmi muzeyə təqdim olunub. Mərmini muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi Nazim Vəlişov təqdim edib. N.Vəlişov Qarabağa dair kitablarını da muzeyə hədiyyə edib.

AFB korporativ telefon əlaqəsi

5 Sentyabr 2017 09:38

Azərbaycan Fotoqraflar Birliyi ilə Bakcell şirkətinin razılaşması əsasında korporativ xidmətə qoşulmaq istəyənlərə üçün yeni xidmət təklif edilir. “Olaylar” bildirir ki, AFB korporativ xidmətdən yararlanmaq istəyənlər sizə tarif qiymətləri təqdim olunur. Xidmətə qoşulmaq üçün öz Bakcell telefon nömrənizi və şəxsiyyət vəsiqəsinin surə[email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Meksikanın Azərbaycandakı səfirliyi fotomüsabiqə elan edir

3 Sentyabr 2017 13:42

Meksikanın Azərbaycandakı səfirliyi meksikalı heykəltəraş Xorxe Marin ilə birlikdə “Varlığın canlanması” incəsənət əsərləri toplusuna aid foto müsabiqə elan edir. Meksika səfirliyindən "Olaylar"- a verilən məlumata görə, müsabiqə iştirak etmək üçün Xorxe Marinin Heydər Əliyev Mərkəzində təqdim olunan əsərlərindən biri ilə şəkil çəkdirmək və fotonu sentyabrın 7-dək [email protected] elektron ünvanına göndərmək lazımdır.

"Bakı Foto 2017" foto müsabiqəsinin qalibləri mükafatlandırılacaq

2 Sentyabr 2017 15:58

Sentyabrın 17 -də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Bakı Foto 2017" foto müsabiqəsinin iştirakçılarının mükafatlandırılma mərasimi olacaq. "Olaylar" bildirir ki, tədbirdə həmçinin  müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi də keçiriləcək. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: "İçərişəhər: Dünən, Bu Gün", "Portret", "Təbiət", "Tədbirlər" və "Bədii Fotoşəkil".

Azərbaycan xalçaları AMERİKADA

1 Sentyabr 2017 11:44

Sentyabrın 7-də Vaşinqtonda Yaxın Şərq İnstitutunda Azərbaycan xalçalarının sərgisi keçiriləcək. "Olaylar" bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgidə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.

"Zəngəzurun qala qapısı Qubadlı"

31 Avqust 2017 09:42

Xalça Muzeyi tərəfindən təşkil olunmuş Qubadlı rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Zəngəzurun qala qapısı Qubadlı” adlı tədbir keçirilib. “Olaylar” bildirir ki, tədbirdə Qubadlı və Laçın Tarix-Diyarşünaslıq Muzeylərinin eksponatlarından ibarət sərgi təşkil olunub. Sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, toxuculuq alətləri, mis qablar və digər məişət əşyaları nümayış olunub.

“Retro Bakı” – nın konserti “Qarabağ”- a həsr olundu

28 Avqust 2017 15:23

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub. “Olaylar” bildirir ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Xalça Muzeyində “Vüsal körpüsü”

19 Avqust 2017 09:44

Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək. "Olaylar" bildirir ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.

Ədəbiyyatı Muzeyinə turist axını

15 Avqust 2017 13:46

6 ay ərzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini müxtəlif ölkələrdən 4705 turist ziyarət etdiyi açıqlanıb. “Olaylar” bildirir ki, muzeyin ekspozisiyası üzrə 735 izahat aparılıb. İzahatların 314 – ü Azərbaycan dilində, 156 – sı rus dilində, 95 –i ingilis dilində,  108 –i fars dilində, 46 – sı ərəb dilində olub.

Tanınmış rəssam vəfat etdi

14 Avqust 2017 12:02

Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib. “Olaylar” bildirir ki, Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Fotoqraflar Birliyi və AMEA birgə müsabiqə ELAN EDİR

12 Avqust 2017 20:17

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, müsabiqə avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək.

Muzeyi bölgə muzeyləri ilə əməkdaşlıq edir

12 Avqust 2017 19:56

Mədəniyyət və Turizm Nazirliyinin razılığı və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü ilə muzey 2017-ci ildən regionlardakı bölgə muzeyləri ilə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir. Milli İncəsənət Muzeyindən "Olaylar" - a  bildirilib ki, ilk olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən bu bölgənin - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi və İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi əməkdaşları ilə görüş keçirilib.

Canlı aləmin qorunması üçün -“Canlı Aləm və Etika”

11 Avqust 2017 08:16

Avqustun 11 –də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Fotoqraflar Birliyinin dəstəyi ilə “Canlı Aləm və Etika” adlı mətbuat konfransı keçiriləcək. Birlikdən “Olaylar” – a bildirirlir ki, məqsəd : Ətraf mühit, canlı aləmin qorunmasi hər hansı iş fəaliyyəti sahəsi kimi deyil, hər birimizin ən azından öz həyatımızın davamı naminə məsuliyyətimiz, həyat qarşısında insani borcumuzdur. Konfransda Dövlət Qeydiyyatından keçmiş, Heyvanlar Aləminin mühafizəsi sahəsində məsul və fəal olan təşkilatların Koalisiyası: Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyəti, “Evsiz Heyvanların Müdafiəsi” Cəmiyyəti, “Alyans” Canlı Aləmin Mühafizəsi Cəmiyyəti və digərlər iştirak edəcəklər.

İttifaqdan “Yay” sərgisi

8 Avqust 2017 11:11

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılıb. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub. “Olaylar” bildirir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov sərginin əhəmiyyətindən danışıblar. Ekspozisiyada Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunub.

Almaniya rəssamların gözü ilə

2 Avqust 2017 23:22

Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, əməkdar incəsənət xadimi Rafiq Kərimov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin artıq mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.