İncəsənət
Siyavuş Kərimi Əməkdar artisti işinə qaytardı
Əməkdar artist Cabir Abdullayev yenidən Azərbaycan Milli Konservatoriyasındakı işinə qayıdıb. İşinə bərpa olunan xanəndə məsələnin doğruluğunu təsdiqləyib: "Məktəbdə dərs bölgüləri çatışmırdı. Ona görə narazlıq var idi. Sağ olsun müəllim yoldaşlarım. Onlar qərar verdilər ki, mən işimə davam edim. Birinə həftəlik 10 dərs saatı düşürdüsə, hərəsi öz dərs saatlarından azaldaraq, yenidən müəllimliyimin bərpa olunmasına yardım etdilər".
Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib. Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.
“Leyli və Məcnun” 100 ildən sonra Moskvada nümayiş olunacaq
Oktyabrın 16 – da Moskva şəhərində, “Crocus City Hall” konsert zalında Məhəmməd Füzulinin eyni adlı faciəsinin motivləri əsasında, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 1908 – ci ildə bəstələdiyi, Azərbaycan milli musiqi mədəniyyətinin incisi hesab olunan “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bununla bağlı, sentyabrın 21 – də Milli Konservatoriyada mətbuat konfransı keçirildi. Konfransda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, gənc xanəndə Arzu Əliyeva iştirak edirdilər. Premyera Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Milli Konservatoriyanın və Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının təşkilatçılığı ilə baş tutacaq.
UNESCO- nun sülh artisti Muğam Mərkəzinin səhnəsində çıxış etdi
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib. “Olaylar” bildirir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülüb. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan Batumi Ümummilli festifalının təsisçisidir.
Pakistan Müdafiə Nazirliyinin nümayəndələri Tarix Muzeyində
Pakistan İslam Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub. "Olaylar" bildirir ki, muzeyin Elmi-maarif və ekskursiyalar şöbəsinin müdiri, t.ü.f.d Bəxtiyar Sayılov qonaqlara bu elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və ekspozisiyaları barədə ətraflı məlumat verilib.
Cavanşir Məmmədov: "Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır"
Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib. Müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır.
Elçin: “Allı-güllü köynəkdə efirə çıxmaram"
"Güllü köynəkdə efirə çıxmaram”. Bu sözləri müğənni Elçin Cəfərov yeni fotosessiyasını təqdim edərkən deyib. O, bildirib ki, efirə hər geyimi geyinmək olmaz: “Əksər hallarda efirə, el şənliklərinə kostyum geyinmişəm. Deyilənə görə də yaraşıb. Bundan sonra bütün kostyumlarımı Sultan Gədimbəyli hazırlayacaq. Çox vaxt da ciddi geyimlərə üstünlük verməyimin səbəbi odur ki, artıq çəkidə olanda pencək çəkilərimi gizlədirdi. Həmin dövrləri keçdim, artıq 5 aydır ki, idmana başlamışam, istədiyim geyimləri geyinə bilirəm.
Muğam Mərkəzində “Canlı xatirə” adlı konsert
Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli Musiqi Günü münasibətilə “Canlı xatirə” adlı konsert proqramı təqdim olunub. "Olaylar" bildirir ki, tədbir “ASAN Könüllüləri” təşkilatı, BMM, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib. Konsertdən əvvəl çıxış edən “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov Milli Musiqi Gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün ölkəmizdə silsilə tədbirlər keçirilir.
Qaliblər mükafatlandırıldı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim edilib: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.
Sarayda yeni layihə
Sentyabrın 23 –də Heydər Əliyev adına Respublika Sarayında daha bir yeni layihə təqdim ediləcək. “Olaylar” bildirir ki, . “Məşhurlar və övladları” adlı konsert ilk dəfə keçiriləcək. Layihədə Respublikanın Xalq artistləri Gülyaz Məmmədova, Fidan Hacıyeva, Şəfiqə Eyvazova, Zümrüd Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan, Lalə Məmmədova, Yadigar Muradov, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Elxan Qaraxanoğlu, Eldəniz Məmmədov, Kəmalə Nəsibova, Rəna Talıbova və övladları iştirak edəcəklər.
ADMİU İsrail Universiteti ilə əməkdaşlıq edəcək
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşüb. “Olaylar” bildirir ki, görüş maraqlı bir (“Dream doctors”) layihənin təklifi ilə bağlı olub. Belə ki, İsrail və ABŞ-da ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün onlara (klounlara) xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihənin ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib və layihənin video çarxını nümayiş etdirib. Universitetin rektoru bu maraqlı, humanist layihəni çox bəyəndiyini, məmnuniyyətlə onun reallaşması üçün əlindən gələn köməkliyi edəcəyini, tələbələrimizin də belə həssas bir işdə könüllü şəkildə iştirak edəcəyini vurğulayıb.
Məşhur türk müğənni Bakıda toyda
Məşhur türk müğənni Simge Bakıda toyda iştirak edib. Müğənni paytaxtın məşhur şadlıq saraylarından birində çıxış edib. Bəy və gəlini təbrik edən müğənni hit mahnılarından bəzilərini səsləndirib.
Muzey “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb
Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, 2010-cu ildə yaradılmış “Mükəmməllik Sertifikatı 2017” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
“jAzzeri Muğam Bands” - Yerli caz ifaçılarının konserti
Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. Saraydan “Olaylar” – a bildirilib ki, “jAzzeri Muğam Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.
Azərbaycan inciləri Vaşinqtonda
ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən “Olaylar” - abildirilib ki, səfirliyin və “Azərxalça” ASC birgə təşkilatçılığı ilə tədbir Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib. Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.









.jpg)
.jpg)



