İncəsənət

Azərbaycan Təsviri sənətinin inkişafı mövzusunda konfrans 

25 Oktyabr 2017 20:12

Mədəniyyət və İncəsənət Universitetində “Müstəqillik dövründə Azərbaycan Təsviri sənətinin inkişafı” mövzusunda I Respublika elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq uğurlar arzulayıb. İlk öncə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə Qacar və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Azərbaycan Təsviri sənətinin inkişafına dair məruzələri ilə çıxış ediblər. Daha sonra konfrans I və II seksiya üzrə professor-müəllim və tələbə heyətinin məruzələri ilə qarşılıqlı müzakirə və sual-cavab əsasında davam edib.

Etüdçü rəssamlar Şamaxıda

24 Oktyabr 2017 14:39

Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” etüd müsabiqəsində fərqlənənlərin Şamaxı rayonunun Avaxıl kəndinə etüd turu baş tutub. Etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman Şamaxının təbiətini tabloya köçürdüblər.

Cəfər Cabbarlının qızına baş çəkdilər - “Cabir Novruz” Mədəniyyət Fondu

23 Oktyabr 2017 11:21

“Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər. Olaylar bildiri ki, fondun prezidenti Cavanşir Qurbanov bu yaxınlarda dillər əzbəri olmuş “Ana” şeirinə bəstələnmiş mahnının klip versiyasına “Beynəlxalq Mətbuat Mərkəzi”ində keçirilən tədbirdə baxdığını və ağbirçək anamız Gülarə xanıma həsr olunduğunu bildirdi. Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Ana” mahnısını möhtəşəm ifasından bəhs etdi.

Almaniyanın tanınmış caz qrupu Bakıda

22 Oktyabr 2017 18:45

Bakıda Almaniyanın məşhur “Siminoloc” caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edilib.  “Landmark”da reallaşan ustad dərsləri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən XII Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi 

22 Oktyabr 2017 08:47

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib. Fotoqrafiya kursu "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və “ASAN radio”nun media dəstəyi ilə həyata keçirilir. Olaylar bildirir ki, peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir. Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində

21 Oktyabr 2017 09:40

Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.  Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

“Kirpi”nin rəssamları adlı dərs vəsaiti işıq üzü görüb

18 Oktyabr 2017 21:06

Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları (1925-1969 I cild, 1980-1991 II cild, 1970-1979 III cild) Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün dərs vəsaiti işıq üzü görüb. Olaylar bildirir ki, “Kirpi”nin rəssamları adlı dərs vəsaiti Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş rəssamlarımızın yaradıcılığına, “Kirpi” satirik jurnalında işıq üzü görmüş əsərlərinin tədqiqi və təhlilinə həsr olunub.

Harvard Universitetinin alimi Tarix Muzeyində

18 Oktyabr 2017 19:15

Boston İncəsənət Muzeyinin İslam İncəsənəti Departamentinin eksperti və Harvard Universitetinin müəllimi Jeff Spurr AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar bildirir ki, qonaq muzeyin Etnoqrafiya elmi fondunun eksponatları ilə yaxından tanış olub. O, Azərbaycanda toxuculuq sənəti ilə maraqlanıb, tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplayıb.

Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu

18 Oktyabr 2017 15:49

Muğam Mərkəzində oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar. Olaylar bildirir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaranmasından söz açıb.

Gənc bəstəkarlar İttifaqa üzv oldular

18 Oktyabr 2017 15:31

Oktyabrın 17-də  Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. Olaylar bildirir ki, iclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verib. Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək.  Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da  gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib.

Muzeylərin yeni saytları  təqdim edildi

4 Oktyabr 2017 19:27

Oktyabrırın 4-də r Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Baş İdarənin rəisi Vuqar Zeynalov və digər rəhbər işçiləri, Bakı şəhər muzey və kitabxanaların direktorları və media nümayəndələri iştirak ediblər.

Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya

4 Oktyabr 2017 10:46

Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. Tədbirdə Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər. Olaylar bildirir ki, tədbiri Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik etdi. O, bildirdi ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr etmiş alim böyük yaradıcılıq yolu keçmiş və uğurlar əldə etmişdir. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olundu.

104 ədəd arxeoloji tapıntı muzeyə təhvil verildi

3 Oktyabr 2017 12:16

AMEA-nın Milli AzərbaycanTarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirib. Olaylar bildirir ki, qəbul edilmiş nümunələr arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Sözügedən nümunələr 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.

Müsabiqənin nəticələri açıqlanacaq

29 Sentyabr 2017 12:36

Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim Yay Tətilim-2017” Respublika Uşaq Rəsm müsabiqəsinin yekun sərgisi oktyabrın 6 – da saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar bildirir ki, müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.

Kolumbiya yazıçı AYB – də

28 Sentyabr 2017 14:06

V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində paytaxtımızda səfərdə olan Kolumbiya yazıçısı və araşdırıcısı Conrado Zuluaga ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) görüş keçirilib. AYB-dən Olaylar -a bildirilib ki, birliyin sədri, Xalq Yazıçısı Anar qonağa Azərbaycan tarixi, Qarabağ həqiqətləri barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Görüşdə Kolumbiya–Azərbaycan ədəbi əlaqələrinin inkişaf perspektivləri, bütövlükdə ispandilli ədəbiyyatın dünyadakı yeri, yeni nümun