Tarix Muzeyində mühazirə
Azərbaycan Milli Tarix Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinin Muzeyşünaslıq ixtisası üzrə II kurs tələbələr üçün mühazirə təşkil olunub. “Muzeyşünaslıq-sənətşünaslıq vəhdəti” layihəsi cərçivəsində təşkil olunan mühazirə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən oxunub.
25 Oktyabr 2017 20:23 İncəsənətAzərbaycan Milli Tarix Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinin Muzeyşünaslıq ixtisası üzrə II kurs tələbələr üçün mühazirə təşkil olunub. "Muzeyşünaslıq-sənətşünaslıq vəhdəti" layihəsi cərçivəsində təşkil olunan mühazirə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən oxunub. Muhazirədə muzey eksponatlarına əhatəli olaraq yanaşma metodu əyani olaraq açıqlanmışdır. Muhazirədə əsas məqsəd humanitar fənlərin dəqiq fənlərə və ya əksinə, dəqiq fənlərin humanitar fənlərə inteqrasiyası Muzey eksponatları əsasında əyani olaraq tələbələrə çatdırılıb.
Görüşdə Mədəniyyət və İncəsənət Universitetinin dossenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qurbanova-Məlikova Elfira iştirak edib.