İncəsənət

Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafiyası günləri

1 Dekabr 2017 09:30

Gürcüstan Milli Parlament Kitabxanasının sərgi salonunda  Azərbaycan Fotoqrafiyası günləri keçirilib. Bu barədə Olaylar.az - a Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu məlumat verib.  Onun sözlərinə əsasən, Azərbaycan  və Gürcüstan  fotoqraflarının 120-dən çox foto nümayiş olunub, onların arasında Gürcüstan fotoqraflarının  "Azərbaycan  gürcü fotoqraflarının gözü ilə"  fotoları da nümayiş olundu. "Bakıda və Şəkidə foto ziyarətlərindən olmuş  APG üzvləri 2017-ci ildə Azərbaycan haqda təsüratların fotoqrafiya vasitəsi ilə tamaşaçılara catdırdılar.

“Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” Muğam Mərkəzində səsləndirildi

30 Noyabr 2017 12:14

Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı “Muğam axşamları” layihəsi çərçivəsində  “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.

Xalq Rəssamı Səttar Bəhlulzadəyə məxsus yeni əsərlər və sənədlər tapılıb

26 Noyabr 2017 11:02

Xalq Rəssamı Səttar Bəhlulzadənin indiyədək tədqiqatçılara məlum olmayan əsərləri, sənədləri və fotoları tapılıb. Şəxsi kolleksiyada saxlanılan bu nümunələr görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl töhfədir. Kolleksiyada Xalq Rəssamının əski əlifbada yazdığı yol qeydləri, məktubları, tərcümeyi-halı və digər sənədlər də var. Bunların arasında ən çox diqqəti cəlb edən sənətkarın iki unikal rəsm əsəridir.

“İncə nəfəs” adlı fərdi sərgi

24 Noyabr 2017 22:11

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgini giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq, hər kəsi salamlayıb. Rektor Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Sonra Təsviri sənət kafedrasının müdiri, Xalq rəssamı Xanlar Əhmədov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Həmzə Abdulayev, Xalq rəssamı Arif Hüseynov və ADRA-nın İncəsənət tarixi kafedrasının müdiri, professor Sevil Sadıxova müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, gələcək işlərində müvəffəqiyyət arzulayıblar. Sonda müəllim və tələbələr rəssamı ad günü münasibətilə təbrik edib.

Görkəmli bəstəkarlar Muğam Mərkəzində anıldı

24 Noyabr 2017 21:58

Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar Tofiq Quliyevin 100  və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin imzaladığı sərəncamlara əsasən respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

“Qara dastan-37” təqdim edildi

24 Noyabr 2017 09:37

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında muzeyin, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan-37” adlı tədbir-sərgi keçirilib. Muzeydə təşkil edilən sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, DTX arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunub. Muzeyin direktoru Fəridə Şəmsi 1920-ci ildən başlayaraq 30 ilədək davam edən siyasi repressiyaları Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri adlandırıb.

Ulduzlar duetlərini təqdim etdilər

23 Noyabr 2017 16:01

Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert proqramı təqdim olunub. Olaylar.az bildirir ki,  konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb. Gecədə Xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, Əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Aşıq Samirə, Kənan Qədimov, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva və başqaları çıxış ediblər. Böyük sənətkarların vaxtilə ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də musiqisevərlərə təqdim olunub.

Xalça Muzeyində beynəlxalq dəyirmi masa

20 Noyabr 2017 12:08

Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Xalça Muzeyinin yubiley tədbirində çoxlu sayda yerli və xarici mütəxəssisləri toplanaraq, “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa təşkil olunub.

“Sülh İstəyirik” – Rəsm müsabiqəsi

17 Noyabr 2017 15:33

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə Olaylar.az - a müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.

“Meyvələrin şahı-Nar” müsabiqənin qalibləri məlum oldu

9 Noyabr 2017 12:18

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.

“Duyğularımızın rəngi” adlı sərgi

4 Noyabr 2017 11:48

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olub. “3 dekabr - Beynəlxalq Əlillər günü”nə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Bilik Fondunun dəstəyi ilə keçirilir. Olaylar.az bildirir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir. Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunub. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış edərək, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

Tarixi Muzeyində seminar

3 Noyabr 2017 13:10

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu” mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak edib. Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir.

Xalq rəssamının “Dünənin səhəri”

3 Noyabr 2017 12:57

Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müəllifin 30-a yaxın əsəri, heykəltəraşlıq nümunələri nümayiş olunub. Xanlar Əhmədov Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub və bürünc medalı ilə təltif olunub. Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə Prezidentin fərmanı ilə Əməkdar rəssamı fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.

Etüd turunun sərgisi təşkil olundu

30 Oktyabr 2017 13:49

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin Tərənnümü” etüd müsabiqəsinin davamı olaraq baş tutan etüd turunun sərgisi açılıb. Olaylar bildirir ki, sərgidə etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman Şamaxı təbiətini tabloya köçürdükləri əsərlər təqdim olunub.