İncəsənət
Muzeydə “Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq
Fevralın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq. Muzeydən Olaylat.az -a bildirilib ki, sərgidə görkəmli bəstəkarın yaradıcılığına ithaf olunmuş 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunəsi nümayiş olunacaq.
Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir. Xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunmuşdur. Ölçüsü 190x140 sm.-dir.
Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı muzeydə
Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir.
Həyat yoldaşı xalq artistinin arxivini muzeyə təhvil vedri
Azərbaycanın tanınmış pianoçusu, Xalq Artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib. Muzeydən Olaylar.az – a bildirilib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.
Muzeyin yeni məqalələr toplusu işıq üzü gördü
“Milli Azərbaycan Tarixi Muzeyi-2017” adlı məqalələr toplusunun növbəti nömrəsi çapdan çıxıb. Olaylar.az bildirir ki, nəşrdə muzeyin əməkdaşlarının vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika və sənətşünaslıq sahələri üzrə 40-dan artıq araşdırma yazısı yer alıb.
“Azərbaycan Xalçası” Ensiklopediyası Nyu – Yorkun məşhur muzeyinə təqdim edildi
Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan Xalçası” Ensiklopediyasının Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib.
Milli İncəsənət Muzeyi hər kəsi dəvət edir…
Azərbaycan Milli İncəsənət Muzeyi ilin ilk ayında hər kəsi - uşaq və böyükləri maraqlı və əyləncə dolu tədbirlərə qoşulmağa dəvət edir. Muzeydən Olaylar.az -a bildirilib ki, sənət ocağının yanvar ayına nəzərdə tutulan tədbirlər planına çoxsaylı rəsm sərgilərinin və maraqlı proqramların təşkili daxildir. Belə ki, ziyarətçilər muzeydə “Azərbaycanın ipək xəzinələri” adlı sərgi ilə yanvarın 15-də tanış ola biləcəklər. Eyni zamanda, qarşıdakı günlərdə tarixçi Rizvan Hüseynovla 20 Yanvar hadisələrinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulur.
İncəsənət Muzeyində unikal sərgi
Yanvarın 13-14 – də Göte İnstitunun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı unikal sərgi üzrə “açıq qapı” günləri keçiriləcək. Olaylar.az bildirir ki, paytaxt sakinləri və şəhərimizin qonaqlarını Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarında saxlanılan misilsiz XVI-XVIII əsrlər Azərbaycanın zəngin bədii xəzinəsini ödənişsiz izləmək imkanı əldə edəcəklər.
Müslüm Maqomayevə həsr edilən müsabiqə
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Olaylar.az bildirir ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.
“Rəqs edən pinqvinlər” - Dram Teatrın səhnəsində
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az verilən məlumata görə, şənlik münasibəti ilə hazırlanan “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.
Muzeyə giriş hamı üçün ödənişsiz olacaq
Azərbaycan Milli İncəsənət Muzeyində “Simmetriya” Sağlamlıq Mərkəzinin dəstəyi ilə valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün xoş təəssüratlarla dolu xüsusi tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təqdim etdiyi milli musiqinin
"Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirildi
Dekabrın 6-da Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış "Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi müxtəlif metodlarla bir daha özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə, müharibə nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd – yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə çatdırmaq, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək olub.
Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafiyası günləri
Gürcüstan Milli Parlament Kitabxanasının sərgi salonunda Azərbaycan Fotoqrafiyası günləri keçirilib. Bu barədə Olaylar.az - a Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu məlumat verib. Onun sözlərinə əsasən, Azərbaycan və Gürcüstan fotoqraflarının 120-dən çox foto nümayiş olunub, onların arasında Gürcüstan fotoqraflarının "Azərbaycan gürcü fotoqraflarının gözü ilə" fotoları da nümayiş olundu. "Bakıda və Şəkidə foto ziyarətlərindən olmuş APG üzvləri 2017-ci ildə Azərbaycan haqda təsüratların fotoqrafiya vasitəsi ilə tamaşaçılara catdırdılar.
“Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” Muğam Mərkəzində səsləndirildi
Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı “Muğam axşamları” layihəsi çərçivəsində “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.
Xalq Rəssamı Səttar Bəhlulzadəyə məxsus yeni əsərlər və sənədlər tapılıb
Xalq Rəssamı Səttar Bəhlulzadənin indiyədək tədqiqatçılara məlum olmayan əsərləri, sənədləri və fotoları tapılıb. Şəxsi kolleksiyada saxlanılan bu nümunələr görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl töhfədir. Kolleksiyada Xalq Rəssamının əski əlifbada yazdığı yol qeydləri, məktubları, tərcümeyi-halı və digər sənədlər də var. Bunların arasında ən çox diqqəti cəlb edən sənətkarın iki unikal rəsm əsəridir.












.jpg)

