İncəsənət

Qazaxıstan Milli Muzeynin əsərləri Azərbaycanda

6 İyun 2018 09:16

Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi keçirilir.

Türkiyəli müğənni Röyanın paltarından geyindi - FOTOLAR

29 May 2018 10:27

Türkiyəli müğənni Merve Özbey Azərbaycana gəlib. İfaçı Qubada istirahət mərkəzlərindən birində konsert verib. Mervenin gecədə geyimi diqqət çəkib. Belə ki, o, əməkdar artist Röya Ayxanın paltarının eynisindən istifadə edib.

Ulu öndər anıldı - Musiqi Mədəniyyəti Dövlət Muzeyində

11 May 2018 13:13

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib. Olaylar.az bildirir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq milli incəsənətimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.

Tünzalənin sinə dekoltesi yenə tənqid olundu 

4 May 2018 10:14

Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə ən aktiv iştirakçılardandır. Hər gün bir neçə fotosunu paylaşan müğənni bu dəfə də diqqət çəkib. Belə ki, Ağayevanın paylaşdığı şəkildə sinə dekoltesi müzakirə edilib.

“Dastan gecələri” layihəsi başladı - Muğam Mərkəzi

19 Aprel 2018 10:03

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk tədbiri olub - “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim edilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Faiq Ağayev qayda pozan sürücünü ifşa etdi - FOTOLAR

14 Mart 2018 09:39

Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasını pozan şəxsi ifşa edib. İfaçı sosial şəbəkə hesabında 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobilinin şəkillərini paylaşaraq yazıb:

Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur

3 Mart 2018 18:52

 Martın 3-də Azərbaycan Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur təşkil edilib. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan mediatur çərçivəsində jurnalistlərə muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

AXC-nin xarici siyasəti mövzusunda  seminar

27 Fevral 2018 16:09

Milli Azərbaycan Tarixi Muzeyində  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə mütəmadi olaraq Cümhuriyyət və maarifçilik, multikulturalizm mövzularında tələbə və məktəblilər üçün tədbirlər keçirilir. Muzeydə təşkil olunan seminarda “Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti” mövzusunda Muzeyin elmi işçiləri - Əli Fərhadov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında”, t.ü.f.d. Bəhman Kərimov “Azərbaycanda gənclər siyasəti”, t.ü.f.d. Fuad Ağayev “AXC-nin xarici siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Sənət Mərkəzində növbəti sərgi - “Baharı birlikdə qarşılayaq!”

27 Fevral 2018 15:20

Martın 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı birlikdə qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulub. Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaq. Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.

Rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılıb

20 Fevral 2018 09:07

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı olub. Sərgidə ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxışında qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin.

Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il” sərgisi

15 Fevral 2018 09:25

 Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru bildirib.

Tağıyevin 180 illiyi

7 Fevral 2018 11:54

Məşhur rusiyalı müğənni Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisində

7 Fevral 2018 09:21

Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Mərasimdə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Firəngiz Hüseynovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov və başqaları sərginin əhəmiyyətindən danışıblar.