“Araz” qrupunun möhtəşəm uğuru
Unesconun Litvada keçirtdiyi Lauks-Nos Festivalında ölkəmizi “Araz” muğam qrupu təmsil edib. Qrupda xanəndə Könül Məmmədli, kamançada Pərviz Fərhadov, tarda Ədalət Behbudov fəaliyyət göstərib. Festival Litvanın Klaipeda şəhərində keçirilib. Lauks-Nos Festivalinda Azərbaycanla yanaşı, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak ediblər. Səfər haqqında təəssüratlarını “Olaylar” – a bölüşən Pərviz Fərhadov və Ədalət Behbudov bildirdilər ki, UNESCO Lauks-Nos Festivalınin açılışını Klaipeda şəhərində Teatr Meydanında Litva UNESCO – nun Milli Komissiyasının sədri Professor Romas Pakalnis və vitsemer Judita Simonaviciute ediblər. “Festivalın açılış günü Azərbaycan Muğam Kompazisiyasi adlı repertuarla başladıq.
20 İyul 2017 20:39 İncəsənətUnesconun Litvada keçirtdiyi Lauks-Nos Festivalında ölkəmizi "Araz" muğam qrupu təmsil edib. Qrupda xanəndə Könül Məmmədli, kamançada Pərviz Fərhadov, tarda Ədalət Behbudov fəaliyyət göstərib. Festival Litvanın Klaipeda şəhərində keçirilib. Lauks-Nos Festivalinda Azərbaycanla yanaşı, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak ediblər.
Səfər haqqında təəssüratlarını "Olaylar" - a bölüşən Pərviz Fərhadov və Ədalət Behbudov bildirdilər ki, UNESCO Lauks-Nos Festivalınin açılışını Klaipeda şəhərində Teatr Meydanında Litva UNESCO - nun Milli Komissiyasının sədri Professor Romas Pakalnis və vitsemer Judita Simonaviciute ediblər. "Festivalın açılış günü Azərbaycan Muğam Kompazisiyasi adlı repertuarla başladıq. Qeyd edim ki, bu kompazisiyada Azərbaycan Himnini instrumental şəkildə ifa etdik. Gözəl səsli xanəndəmiz Könül Məmmədli Azərbaycanla bağlı qəzəl və "Azərbaycan" mahnısını ifa etdi. Növbəti günlərdə ermənilərin orada çox olduğunu nəzərə alaraq "Sarı gəlin", "Qarabağ" və "Mehriban olaq" mahnılarını ifa etdik. Festivala Klaipeda dəniz muzeyində qala konsertlə yekun vuruldu" - deyə, Pərviz Fərhadov qeyd etdi.
"Festivalda məhz bizim çıxışımız çox bəyənildi, gurultulu alqışlarla qarşılandı. Klaipeda şəhərin Vitse Meri, UNESCO Milli Komissiyasının sədri Professor Romas Pakalnis və Litva Mədəniyyət naziri bizi çox bəyəndiklərini bildirdilər və bizimlə xatirə şəkilləri çəkdirdilər. Hər zaman olduğu kimi bu festivaldan da vətənə əliboş qayıtmadıq. UNESCO tərəfindən hər birimiz diplomlarla təltif olunduq. Diplomların təqdimatını Klaipeda şəhərinin Mədəniyyət şöbəsinin müdiri Narunas Lendraitis və Etno-Mədəniyyət Mərkəzinin direktoru Nijole Sliuzinskiene təqdim etdilər.
Daha sonra Azərbaycanın Litvadakı disporasının sədri Aliağa Məmmədovla və cəmiyyətin üzvləri ilə görüşlərimiz oldu. Bizi orada dəstəkləyənlərdən biri də Azərbaycan nümayəndə heyyətinin üzvləri Tofiq Həsənov və Vüqar Quliyev idi" - deyə, Ədalət Behbudov bildirdi.
Qeyd edək ki, Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO - nun xoşməramli səfiri Mehriban Xanım Əliyevanın sayəsində tarın və Muğamımızın UNESCO kitabina daxil olması münasibəti ilə festivalda Azərbaycana, muğam və milli alətimiz olan tar haqqında sənədli film təqdim olunub. Filmin nümayişindən sonra Ədalət Behbudov tarda solo ifa edib. Həmçinin festival iştirakçılarımız Litva Dovlət Kanalında - LRT TV - də qonaq olublar. Verliş zamanı onlar Azərbaycan mədəniyyəti, musiqisi, muğamı haqqında tamaşaçılara məlumat veriblər.
Təmsilçilərimiz UNESCO - nun növbəti festivalına da dəvət alıblar.
https://www.youtube.com/watch?v=sWSmV2xlojM&feature=youtu.be
https://www.youtube.com/watch?v=mhT2KZyVbCI&feature=share
https://www.youtube.com/watch?v=CwhZwNRLXFo&feature=youtu.be
https://www.youtube.com/watch?v=mhT2KZyVbCI&feature=share