Milli incəsənət muzeyində  Fransa incəsənəti

Milli incəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın "Total" neft-qaz şirkətinin sponsurluğu ilə keçirilmiş "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisinin bağlanış mərasimi keçirilib.

Qapalı keçən tədbirdə mədəniyyət, dövlət və ictimai xadimləri iştirak ediblər. Muzeydən "Olaylar" - a bildirlib ki, şirkətin dəstəyi sayəsində reallaşan sərgi ötən ilin noyabrın 26-dan mədəniyyətsevərlərə təqdim edilmişdi. Sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

Hazırda muzeyin Fransa incəsənəti kolleksiyası 300-dən artıq sənət əsərindən ibarətdir. Vernisajda kolleksiyanın bir qismi nümayiş olunur. Sərginin xronoloji çərçivəsi XVI əsrdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir.

Sərginin bağlanış mərasimində muzeyin direktoru Çingiz Fərzəliyev Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib.

Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd etdi.

Gecəyə professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında səsələnən Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri xüsusi rəng qatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31