Əhməd Sami Elaydi uşaq kitabxasında
F.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.
23 May 2017 14:30 İncəsənətF.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.
Daha sonra F.Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında mütaliənin rolundan bəhs etdi və bildirdi ki, uşaqların mütaliəsi informasiya cəmiyyətində həyata açardır. Direktor tedbirin keçirilməsində əsas məqsədin ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illustrasiyalar çəkən rəssamların Misir mədəniyyəti ilə daha yaxından tanış olmaları və kitabxanadan səmərəli istifadə etmələri olduğunu bildirdi. Tədbirdə hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr verildi.