İdman
AFA prezidenti açıqladı: Simeone, yoxsa Sampaoli?
Argentina Futbol Assosiasiyası (AFA) milli komandaya baş məşqçi axtarışlarını davam etdirir. Assosiasiya prezidenti Klaudio Tapia artıq iki mütəxəssislə danışıqlar apardıqlarını açıqlayıb.
Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq
Aprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
İsmayıl İsmayılov: “Bakı-2017” uzun illər insanların yaddaşında qalacaq”
“Beynəlxalq idman tədbirləri dünya gənclərinin bir araya gəlməsi, ölkələr arasında dostluq münasibələrinin möhkəmlənməsi, sağlam həyat baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan bu istiqamətdə dünyaya öz töhfəsini verir. Ölkəmizin ən böyük idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi var”. Bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
"Atletiko" Qrizmanna yüksək məvacib təklif edir
"Atletiko Madrid" yeni müqavilə imzalamaq üçün danışıqlar apardığı Antuan Qrizmannın məvacibini artırmağa söz verib. Klub rəhbərliyi fransalı hücumçuya ildə 10 milyon avro məvacib ödəməyə hazırdır.
Kavani "Real"ın təklifini cavablandırdı
PSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib. Uruqvaylı forvardın qərarı Madrid "Real"ını məyus edib.
Bas "Qızıl buts" müsabiqəsində Messiyə çatdı
Portuqaliyanın "Sportinq" klubunun fubolçusu Bas Dost "Qızıl buts" müsabiqəsində "Barselona"nın hücumçusu Lionel Messiyə çatıb.
Pepe: "Son saniyəyə kimi gözləyəcəm"
"Real"ın futbolçusu Pepe gələcək karyerası ilə bağlı açıqlama verib. O, Madrid klubunda qalmaq istədiyini deyib: "Hadisələrin necə cərəyan edəcəyini ancaq Allah bilir. "Real"la müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Amma mən son saniyəyə kimi gözləyəcəm. Ümid edirən ki, Madrid klubu ilə yeni müqavilə imzalayacam".
Madrid klubu Nqolo Kante ilə maraqlanır
"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan həmyerlisi Nqolo Kantenin xidmətlərində maraqlıdır.
"Barselona" 2015-ci ildəki qədər güclü deyil"
"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyun öncəsi fikirlərini bölüşüb.
Səfir: “Azərbaycan dünyaya nümunəvi ölkə olduğunu göstərir”
“Daha öncə Azərbaycanda bir çox mötəbər idman tədbirləri yüksək səviyyədə keçirilib. Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi dünyanın ən böyük idman yarışları ölkənizdə mükəmməl şəkildə təşkil edilib. Ona görə, əminəm ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda yüksək peşəkarlıqla keçiriləcək”. Bunu İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani deyib.
"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"
"Borussia Dortmund"un direktoru Hans-Yoahim Vatzke Pyer-Emerik Obameyanqın yayda "Real" və ya "Barselona"ya transferini istisna etməyib.
"Barselona" o futbolçunu qaytarır
"Barselona"nın yay fasiləsində transfer edəcəyi futbolçulardan biri məlum olub. Kataloniya təmsilçisi "Everton"un yarımmüdafiəçi Xerard Dulofeu ilə anlaşıb.
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keniyalı marafonçuCemima Sumsonqdan götürülmüş dopinq-test müsbət nəticə verib. 32 yaşlı qadın idmançı yarışdankənar dövrdə yoxlanılıb. Ondan istifadəsi qadağan olunmuş eritropoetin izləri aşkarlanıb. Antidopinq qaydalarının pozulması ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ona qarşı iş açılıb.
AVRO-2018: Millimiz qrup lideri ola biləcəkmi?
Millimizin futbolçusu zədələndi
Türkiyə Super Liqasında 27-ci tura start veriləcək. Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu doğma meydanında "Karabükspor"la qarşılaşacaq. Sözügedən qarşılaşmada Dəniz iştirak edə bilməyəcək.














