Qol güləşi üzrə Respublika çempionatı keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi və Qol Güləşi Federasiyasının təşkilatçılıqı ilə qol güləşi üzrə kişilər arasında Respublika çempionatı keçirilmişdir. Çempionatda 15 komanda və 100-dən çox idmançı güclərini sınamışdır.

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində çemiponatda iştirak edərək sağ və sol qollarda gücünü sınamışdır. İdmançımız sol qolda rəqiblərinə üstün gələrək 1 ci yerə, sağ qolda isə üçüncü yerə layiq görülmişdir.

İSK-ın rəisi polkovnik Fizuli Musayev qalib idmançını təbrik etmiş, ona qiymətli hədiyyə təqdim etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31