Kavani "Real"ın təklifini cavablandırdı
PSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib. Uruqvaylı forvardın qərarı Madrid "Real"ını məyus edib.
10 Aprel 2017 18:55 İdmanPSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib. Uruqvaylı forvardın qərarı Madrid "Real"ını məyus edib.
Belə ki, "kral klubu"nun yayda heyətinə cəlb etməyi planlaşdırdığı Kavani PSJ-də qalacağını bəyan edib. Bu mövsüm Fransa çempionatında 29 oyunda 29 qola imza atan oyunçunun çıxışı klubun sahibi Nasser əl-Xelaifinin ürəyincədi. Məhz onun göstərişindən sonra Kavani ilə danışıq aparılıb və müqavilə müddətinin 2020-ci ilə qədər uzadılması qərara alınıb.
Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ildə 55 milyon avro müqabilində "Napoli"dən keçib. Apasport.az