İdman
Madrid klubu Nqolo Kante ilə maraqlanır
"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan həmyerlisi Nqolo Kantenin xidmətlərində maraqlıdır.
"Barselona" 2015-ci ildəki qədər güclü deyil"
"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyun öncəsi fikirlərini bölüşüb.
Səfir: “Azərbaycan dünyaya nümunəvi ölkə olduğunu göstərir”
“Daha öncə Azərbaycanda bir çox mötəbər idman tədbirləri yüksək səviyyədə keçirilib. Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi dünyanın ən böyük idman yarışları ölkənizdə mükəmməl şəkildə təşkil edilib. Ona görə, əminəm ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda yüksək peşəkarlıqla keçiriləcək”. Bunu İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani deyib.
"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"
"Borussia Dortmund"un direktoru Hans-Yoahim Vatzke Pyer-Emerik Obameyanqın yayda "Real" və ya "Barselona"ya transferini istisna etməyib.
"Barselona" o futbolçunu qaytarır
"Barselona"nın yay fasiləsində transfer edəcəyi futbolçulardan biri məlum olub. Kataloniya təmsilçisi "Everton"un yarımmüdafiəçi Xerard Dulofeu ilə anlaşıb.
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keniyalı marafonçuCemima Sumsonqdan götürülmüş dopinq-test müsbət nəticə verib. 32 yaşlı qadın idmançı yarışdankənar dövrdə yoxlanılıb. Ondan istifadəsi qadağan olunmuş eritropoetin izləri aşkarlanıb. Antidopinq qaydalarının pozulması ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ona qarşı iş açılıb.
AVRO-2018: Millimiz qrup lideri ola biləcəkmi?
Millimizin futbolçusu zədələndi
Türkiyə Super Liqasında 27-ci tura start veriləcək. Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu doğma meydanında "Karabükspor"la qarşılaşacaq. Sözügedən qarşılaşmada Dəniz iştirak edə bilməyəcək.
"Milan" fransalı futbolçunu istəyir
"Milan" yayda transfer etmək istədiyi oyunçular sırasına Kərim Benzemanı da daxil edib. "Rossoneri" 29 yaşlı futbolçunun transferində qiymət çətinliyi ilə üzləşəcək. Klubun 13-14 apreldə çinlilərə satılması başa çatdırılacaq. Bundan sonra "Milan" fransalı forvardın transferinə cəmi 20 milyon avro ayıra bilər.
Venger: "Onların xoşbəxt olması mənim məqsədimdir"
Arsen Venger "Arsenal"da gələcəyi və azarekşlərin təzyiqi barədə danışıb. Təcrübəli mütəxəssis bunları deyib: "Gələcəyim barədə klub məlumat verəcək. Hələlik bu məsələyə əlavəm yoxdur. İş başında qalıb-qalmamaq çoxlarını maraqlandırır.
Liviya Azərbaycana yaxınlaşır
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Cədvələ əsasən mayın 4-də dərc olunacaq rəsmi siyahıda ciddi dəyişiklik olmayacağını söyləmək mümkündü. Çünki təxminlər çox az sayda komandanın mövqe dəyişikliyi edəcəyini göstərir. Buna da səbəb qarşıdakı dövrdə yığma dərəcəli matçların yox dərəcəsində olmasıdı.
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edildi
IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçiriləcək açılış mərasiminə 35 gün qaldığı bir vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançıların qazanmağa can atacağı medalları təqdim edib.
19 ölkə idmançısı Azərbaycanda mübarizə aparacaq
Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunda mübarizə aparacaq. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir.
London klubunun iki azarkeşi həbs olundu
"Crystal Palace" klubunun iki azarkeşi Premyer Liqanın 30-cu turunda "Çelsi" ilə oyundan (2:1) sonra həbs olunub. Həmin azarkeşlər Britaniyada ciddi qadağa qoyulan pirotexnikadan istifadə ediblər.
"Mançester Yunayted"dən 60 milyonluq təklif
İtaliyanın "İnter" klubunun futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.














