İdman

Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək

17 Aprel 2017 16:53

Aprelin 20-22-də Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək. Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.

Bakı - 2017: "Xəzərdən başlayan səyahət" Horadizə yetişdi

17 Aprel 2017 15:15

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu ötən gün Horadizə yetişib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Qarabağ"ın 14 mümkün rəqibi

17 Aprel 2017 12:05

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda müəyyənləşib. Ardıcıl 4-cü dəfə qızıl medal qazanan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

TRT-nin aparıcısı "erməni" şərhinə görə üzr istədi

14 Aprel 2017 14:19

Avropa Liqasının 1/4 finalında keçirilən "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.

Millidə yeni məşqçi

14 Aprel 2017 14:14

Lukas Alkaras Əlcəzair milli komandasına yeni baş məşqçi təyin olunub.  İspaniyalı mütəxəssis La Liqada çıxış edən "Granada"dan istefaya göndərildikdən cəmi 3 gün sonra bu vəzifəni tutub. O, aprelin 10-da "Valensiya"ya 1:3 hesablı məğlubiyyətdən sonra qovulub. Akaresi "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams əvəzləyib. Hazırda "Qranada" İspaniya çempionatında 19-cu pillədə qərarlaşıb.

"Qəbələ" “Krasnodar”la oynayacaq

14 Aprel 2017 14:12

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında "İzmir Cup"da qrup mərhələsinə yekun vurulub.  H qrupunda mübarizə aparan "Qəbələ"nin U-12 komandası bu mərhələdə 5 matç keçirib. "Qırmızı-qaralar" "Manisa Bələdiyyəspor", "Kamalpaşa 1923" və Muğla yığması ilə qolsuz heç-heçə edib. "Altınordu"ya 0:1 hesabı ilə uduzan "Qəbələ" Almaniyanın "Ayntraxt" (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0.

London klubunda ciddi itki

14 Aprel 2017 14:09

Mövsümü qeyri-stabil keçirən "West Ham United" ciddi itki ilə üzləşib.  Slaven Biliçin komandasında Maykl Antonio zədələnərək mövsümü başa vurub. Bu barədə baş məşqçinin özü məlumat verib. "Antonio uzun müddətə sıradan çıxıb. O, hər oyunda yaxşı çıxış edirdi" - Biliç qeyd edib. Bu mövsüm 27 yaşlı havbek 29 oyun keçirib və 9 qol vurub. 

"Maskerano, Messi və..."

14 Aprel 2017 14:08

Argentina millisinin sabiq çalışdırıcısı Edqardo Bausa Mauro İkardini milliyə dəvət etməməsində kənar təsirin olmadığını bildirib. Təcrübəli mütəxəsis bunları deyib: "Maskerano, Messi və heç kim hansısa futbolçunu milliyə dəvət edib-etməməklə bağlı mənə göstəriş verməyib. Son 8 ayda heç bir futbolçu problem yaratmayıb. Buna görə futbolçulara təşəkkür edirəm. İkardi ilə görüşmüşəm. Bilirdi ki, istənilən vaxt onu milliyə dəvət edə bilərəm. Amma futbolçulardan heç birinin Mauro ilə fikir ayrılığı olmayıb".

Melo təhqir olundu

14 Aprel 2017 14:07

Felipe Melo irqçiliyə məruz qalıb.  Libertadores Kuboku çərçivəsində "Palmeiras"ın "Penarol"u 3:2 hesabı ilə məğlub etdiyi matçda baş verib.

Bakıda asfalt örtüyü Formula 1-ə hazır vəziyyətə gətirilir

14 Aprel 2017 13:52

Azərbaycanda Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də təmir-bərpa işlərinə başlanılacaq.  Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, mayın 1-dək davam edəcək prosesdə trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyü çəkiləcək və həmçinin, bütövlükdə trekə baxış keçirilərək ehtiyac olan yerlərdə asfalt örtüyündə təmir-bərpa işləri aparılacaq.

Arda Turan "Barselona"dan gedir? - SƏBƏB

13 Aprel 2017 18:49

"Daily Mail" qəzeti "Barselona" futbol klubunun növbəti mövsümü ilə bağlı gözlənilməz şərh verib. Qəzet Arda Turan da daxil olmaqla bəzi futbolçuların Kataloniya klubundan gedəcəyini açıqlayıb. Klub Ardanı baha qiymətə Çinə satmaq və yeni futbolçular almaq niyyətindədir. 

Braziliyalı futbolçu Çindən deportasiya oluna bilər

13 Aprel 2017 18:47

"Guangzhou Evergrande"nin braziliyalı yarımmüdafiəçisi Paulinyo Çindən deportasiya oluna bilər. 28 yaşlı havbek yaponiyalı porno aktrisa Tsukasa Aoilə birlikdə bukmeyker kontorunun reklam fotosessiyasında iştirakda ittiham edilib. Çində oyunlara pul qoyuluşu və porno qadağandır. Paulinyonun nümayəndəsi çəkilişin ötən ilin noyabrında aparıldığını və Aonun sıradan bir model kimi onlara təqdim edildiyini bildirib. Menecerin sözlərinə görə hazrda futbolçunun deportasiya təhlükəsi yoxdur.  

Benzema: "Bizim qarşımızda, həqiqətən, möhtəşəm qapıçı vardı"

13 Aprel 2017 18:46

"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən ilk oyunda "Bavariya" üzərindəki qalibiyyəti şərh edib. Fransalı futbolçu bunları deyib: "Mən tənqidi sakit qəbul edirəm.

Oliver Kan geridə qaldı, artıq yeni rekordçu var

13 Aprel 2017 12:53

Filip Lam "Bavariya"nın yeni rekordçusu olub. Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real" qarşısında matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan müdafiəçi münhenlilərin heyətində 104-cü dəfə ÇL görüşünə çıxıb. O, bu göstərici ilə əfsanəvi Oliver Kanı geridə qoyub. Üçüncü yerdə isə 89 oyunla Bastian Şvaynştayger qərarlaşıb.

Messi "Barselona"nın məşqinə çıxmayıb

13 Aprel 2017 12:52

İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk ¼ final matçında "Yuventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar.